Menu

Azərbaycanda 4,1 ton narkotik məhv edildi

11.06.2020, 12:22
Azərbaycanda 4,1 ton narkotik məhv edildi

Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin n əməkdaşları tərəfindən Əlibəyli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,8 ton olan 7 850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən isə Tovuz rayonunun Düzqırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 ton olan 2 628 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol