Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 11-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuları tanıyıb.
"AzPolitika.info" xəbər verir ki, bu işdə ərizəçi Nurlan Əliyev AİHM-ə şikayətində onun Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması hüququna müdaxilə olunduğunu iddia edirdi. İddiasına görə, məhkəmə prosesi ədalətli olmamışdı (maddə 6.1), həm də istədiyi vəkillə təmsil olunmasına imkan verilməmişdi (maddə 6.3).
AİHM hesab edib ki, bu işdə Konvensiyanın 6.1-ci maddəsinin pozuntusuna yol verilib. Qərara görə, hökumət ərizəçiyə 4100, mənəvi ziyana görə 3600, xərc və məsrəflərə görə 500 avro avro təzminat ödəməlidir.
"AzPolitika.info"


Şərhlər
Qarabağ genosid iddiası AİHMdə baxılmayınca Azərbaycan qərbdə sayılmayacaq!