Menu

Azərbaycan OPEC+ çərçivəsində əlavə 2% azaldılmanı kompensasiya edəcək

11.06.2020, 18:58
Azərbaycan OPEC+ çərçivəsində əlavə 2% azaldılmanı kompensasiya edəcək

Azərbaycan hasilatın azaldılması ilə bağlı OPEC+ sazişi çərçivəsində may ayında üzərinə götürdüyü öhdəliyi 98 faiz səviyyəsində yerinə yetirib.Bu, çox yüksək fəaliyyət göstəricisidir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qeyd edib.

O bildirib ki, növbəti ay ərzində əlavə olaraq neft hasilatının təxminən 2 500 barel azaldılması və 2%-in kompensasiya edilməsi planlaşdırılır.

Nazir bildirib ki, Azərbaycan hər zaman öhdəliklərinə sadiqdir və xüsusilə OPEC+ bəyannaməsi çərçivəsində irəli gələn öhdəlikləri ciddi qəbul edib: “Azərbaycan əvvəl də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və hər zaman ciddi qəbul edib”.

P. Şahbazov qeyd edib ki, Azərbaycan əvvəllər də öhdəliklər hər zaman artıqlaması ilə yerinə yetirilib: “Bu, tarixi ən böyük hasilatın azaldılması ilə səciyyələnib və OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən azalma həcmi əvvəllər üzərinə götürdüyü öhdəliklərdən çox idi. Əvvəllər, 2018-ci ilin oktyabr ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən hasilat həcmi 164 min barel idisə, bu ili ay - may, iyun və əlavə olaraq iyul aylarında öhdəliklərini tam yerinə yetirəcək. Azərbaycan OPEC+ sazişindən irəli gələn bütün öhdəliklərini tam yerinə yetirəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol