Menu

Şahzadə karantinə görə cərimələnib - "Çox təəssüflənirəm..."

11.06.2020, 21:51
Şahzadə karantinə görə cərimələnib - "Çox təəssüflənirəm..."

Belçika şahzadəsi İspaniyada karantin qaydalarını pozduğuna görə 10.400 avro cərimələnib.Şahzadə Joaçimə ölkəyə gəldikdən sonra 14 günlük karantində qalmaq qaydasına əməl etmədiyi üçün cəza verilib.

28 yaşlı şahzadə mayın 24-də təcrübə keçmək üçün İspaniyaya gedib, lakin iki gün sonra ölkənin cənubundakı Cordova şəhərində bir məclisdə iştirak edib. O, buna görə üzr istəyib.

"Mən hərəkətlərimdən çox təəssüflənirəm" - şahzadə ötən ayın sonlarında İspaniya mətbuatında onun iştirak etdiyi məclis haqqında yayımlanan xəbərlərin ardından deyib. O əlavə edib ki, hərəkətlərinin nəticələrini qəbul edəcək. (BBC)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol