Menu

Prezident oğlunun keçi ovu - Vətəndaşlara 75 min dollara başa gəlib

11.06.2020, 22:30
Prezident oğlunun keçi ovu - Vətəndaşlara 75 min dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın böyük oğlu və nəvəsinin keçən il Monqolustana ov səfəri ABŞ vergi ödəyicilərinə 75 min dollardan baha başa gəlib.

Vaşinqtonda "Məsuliyyət və Etika Tərəfdarları Vətəndaşlar"-ın verdiyi məlumata görə, Donald Trampın oğlu Monqolustanda nadir dağ qoyunu ovlayıb, daha sonra ölkə prezidenti ilə görüşüb.

Onlar bildirib ki, pulun böyük hissəsi gizli xidmət qorumasına xərclənib. Araşdırmaçıların sözlərinə görə, Tramp ailəsi Obamalardan 12 qat çox səyahət ediblər.

Araşdırmaçı qrupun hesabatı Tramp ailəsini əvvəlki hakim ailədən əsasən istirahət üçün olmaqla 1000 səfər daha çox etməkdə və bununla da gizli xidmətlərin maliyyələrini tükətməkdə günahlandırıb.

Trampın oğlu olan kiçik Donald Trampın əməkdaşı CNN-ə bildirib ki, ötən avqustda səkkiz günlük səfər, təhlükəsizlik detalları istisna olmaqla, xüsusi olaraq ödənilib.

Şərhlər

Alim 2020-06-12 02:53:57

ABS tarixinde bu qeder debil ve rushfetxor presdent olmayib. Bunun evladlarinin hec biri ne biznes ne de siyasi sahede qabiliyyeti olan deyiller. Bunun hereketleri kecmish nazir ve onlarin dostu Ziya Memmedovun ogluna benzeyib. O Heyderovun ayisina 1 milyon yarim dollar vermishdir. Gorun super dovletin ve resmi varidati milyardlar olan Trampin oglu bizim milyarderlerin yaninda it doyushune pul goyan gqadesh seviyyesindedir. Men hele mili kokunun hansi calasilardan olan Zamire Haciyevani ve Eldar Mahmudov kimilerinin talanlarini demirem. Bunlarin korupsiya emellerinde nece Oskar mukavatina layiq film cixardir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol