Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.
"Report"un Muğan bürosu xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.


Şərhlər
Şərhi niyə düzgün vermirsiniz?Mən,yazmışdım ki,T.Mustafayevin qızı Səyəvuş Novruzovun qardaşının həyat yoldaşıdır.
Teymur Mustafayevin qızı Səyəvuş Novruzovun həyat yoldaşıdır.Ola bilsin ki,müğənninin "koronovirus" olmasına da bu səbəb olub.