Menu

Bu il 24 minə yaxın şagird məktəbini dəyişib

12.06.2020, 11:21
Bu il 24 minə yaxın şagird məktəbini dəyişib

Keçən ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir.

2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol