Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Fazil Mustafa bir daha Naxçıvanla hava əlaqəsinin bərpası məsələsini qaldırıb.
Məlum olduğu kimi, iyunun 18-dən etibarən Naxçıvana uçuşların qısmən bərpasına qərar verilib. Lakin karantin dövründə Bakıda və Naxçıvanda çoxlu sayda insanlar çıxılmaz vəziyyətdə qalıb və uçuşların qismən bərpası bu problemi həll etməyəcək.
F.Mustafa Naxçıvana biletlərin ancaq onlayn formada satılmasını tənqid edib və əlavə reyslərin açılmasına çağırış edib:
"Hökumət ancaq onlayn bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət edirəm ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim. Ümid edirəm ki, bilet məsələsi öz həllini tapacaq. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıların bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır".
“AzPolitika”


Şərhlər
son hadisələr kimin kim olduğunu ortaya çıxardı....
Fazil müəllim,çox təəssüflər olsun ki,sizin kimi ziyalının adı ...
Seçiləndə namizədliyini Naxçıvandan versəydin , uzğı 0,00002 % səs yığardın. Hərçənd doğruya qalsa Sabunçuda da bunu yğmısan
Sən onsuzda hər seyi coxdan korlamisdin,indi də butun ölkədə ən mənfi adamlar siyahisindasan.
Naxçıvan Azərbaycanın bir parçası olduğuna görə ora uçan təyyarələrin dayandırılması yerli əhaliyə hörmətsizlikdir.Həm də blokada şəraitinə görə əlaqəni heç dayandırmaq olmaz.Biz kimlərinsə savadsızlığına görə böyük problemlər yaşayırıq...
İnsanları it sürüsü adlandıran ....O. Əsədov düz demişdir ,danışmayın ,danışanda sarsaqlayırsız
Ehsen senin qabiliyetine en agili yol budur. Baki geydiyati olmayanlari sheherden cixartmaq lazimdir, cunki, coronani artmasinin en esas sebebi insanlarin boyuk sheherlerde sixligidir. Naxcivanda resmi 450 min guya insan yashayir, gedib real veziyyeti yoxlasan 100 min insan tapmaq olmaz.
,Бу сахта депутатлар серхетден кенарда галмыш ветендашлары нийе кормурлер?
Niyə ancaq Naxçıvanlıya? Ayrı seçkiliyi, parçalanmanı siz yaratmısınız bu millətin arasında
... Sən naxçıvanlı olmasaydın MM-də nə işin var idi?...
Layiq olmadıqları maaşla?Bir düşünü,bu siyahi "vəkillər" ölkəni nbaş nazirindən 2-3 dəfə artıq maaş alırlar.Hansı işlərinə,zəhmətlərinə görə? Hələ belə maaşalaraq 2 ay tətil edirlər.Bundan əlavə tətilə gedəndə də əlavə mükafat verilir.İnsanları isə 190 manata ailə daxil yaşamağa məcbur edirlər.Bu ölkədə hesab-kitab yoxmu?.
Bir kasıba indiyə qədər 5 manat yardım göstərmisən?İndi naxçıvanlılara bilet almaq istəyirsən....