Menu

Bu il Bakıda 4 məktəb direktoru işdən çıxarılıb

12.06.2020, 15:03
Bu il Bakıda 4 məktəb direktoru işdən çıxarılıb

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

İdarədən "Report"a verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol