“Şəxs karantin rejimi zamanı polisin tələblərinə riayət etmirsə, polis şöbəsinə aparıla bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin rejimini pozanlara inzibati cərimələr tətbiq olunur: “Başqalarını yoluxdurmaq təhlükəsi olan şəxs karantin rejimini pozursa, o şəxs artıq cinayət məsuliyyəti daşyır”.
K.Əliyev həmçinin qeyd edib ki, etibarnaməsi olan şəxslər da etibarnaməni “icazə.gov.az” saytına daxil edə bilərlər: "İcazə alınacaq kateqoriyalara daxil olan insanlara belə şərait yaradıla bilər".


Şərhlər
Hiss olunur ki,karantin rejiminin örtülü heç nəyi qalmayıb.Karantin qaydalarının pozulması faktının həbsxana həyatı ilə eyniləşdirilməsi(həbs şəraitində məhkumların şərlənib cəzalarının artırıldığı deyilir) hakimiyyətin karantini xalqın sağlamlığının qorunması üçün deyil,narazılar və ehtiyac içərisində çırpınanlardan qorunmaq üçün tətbiq etdiyi təsdiq olunur.
insanlar kastalara bölündü