Menu

"Ermənistan mətbuatının azərbaycanlı ilə bağlı xəbəri araşdırılır" - Beynəlxalq Qızıl Xaç Komitəsi

12.06.2020, 21:35
"Ermənistan mətbuatının azərbaycanlı ilə bağlı xəbəri araşdırılır" -  Beynəlxalq Qızıl Xaç Komitəsi

Bu gün Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının bu ölkəyə keçməsi barədə məlumat yayıb.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) "Report"un sorğusuna cavab olaraq bildirib ki, BQXK aidiyyəti qurumlarla əlaqə saxlayır.

"Bildiyiniz kimi, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir", - deyə qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol