Menu

DİN 6 piyadanın vurulması ilə nəticələnən qəza haqda məlumat yayıb

13.06.2020, 12:21
DİN 6 piyadanın vurulması ilə nəticələnən qəza haqda məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəymişdir. Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölmüş, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol