Menu

Fransa turistlər üçün sərhədləri açır - İyunun 15-dən

13.06.2020, 14:19
Fransa turistlər üçün sərhədləri açır - İyunun 15-dən

Fransa iyunun 15-dən başlayaraq, öz sərhədlərini səyahətçilər üçün açacaq - yalnız Avropa İttifaqından və bəzi digər Avropa ölkələrindən gələnlər üçün. Bu barədə ölkənin xarici və daxili işlər nazirliklərinin yaydığı birgə komünikedə xəbər verilir.

Pandemiya ilə əlaqədar olaraq, sərhədləri keçməyin (daxili Avropa - quru, hava və dəniz sərhədləri) üzərinə qoyulmuş məhdudiyyətlər iyunun 15-də saat 00:00-da götürüləcək. 

Sənəddə göstərilir ki, Avropa İttifaqı ölkələrinin, Andoranın, İslandiyanın, Lixtenşteynin, Monakonun, Norveçin, San-Marinonun, San-Martenanın, İsveçrənin və Vatikanın vətəndaşları heç bir məhdudiyyət olmadan Fransaya gələ biləcəklər. Bu zaman, turistlərin özləri ilə koronavirsa yoluxmamaq barədə sertifikat götürmələrinə ehtyac olmayacaq və onlar 14 günlük karantinə göndərilməyəcəklər. Bundan əvvəl Avropa İttifaqı bəyan etmişdi ki, əcnəbilər üçün sərhədləri iyulun 1-dən açacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol