Menu

Başına dəmir düşən fəhlə ölüb

13.06.2020, 16:35
Başına dəmir düşən fəhlə ölüb

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, qəsəbə ərazisində aparılan tikintidə fəhlə işləyən, 1980-ci il təvəllüdlü Məmmədov Əli Rəsul oğlunun başına dəmir parçası düşüb. Ağır xəsarət alan Ə. Məmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol