Menu

Ermənilərin Kəlbəcərdə öldürdüyü Həsən Həsənovun dəfn olunur

04.10.2014, 10:47
Ermənilərin Kəlbəcərdə öldürdüyü Həsən Həsənovun dəfn olunur

İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb.

APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib. Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: “Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol