Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində keçirilən əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhər Kəpəz rayon Dövlət Sosial Müdafiə şöbəsinin daha 3 əməkdaşının saxlanıldığı bildirilir.
"Report" xəbər verir ki, şöbənin baş mühasibi və rəis müavininin də saxlanıldığı qeyd olunur.
Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar.
Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.
DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.
***
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri vəzifəsindən işdən çıxarılan Ülfət Əhmədovun yerinə yeni təyinat olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, həmin vəzifəyə Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin müdiri vəzifəsində çalışmış Ayazi Paşayev təyin edilib.
A.Paşayev bundan əvvəl “Kapital Bank”ın Göygöl rayon filialının müdiri vəzifəsində də çalışıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilovun və orada çalışan daha bir nəfər - Elçin Ələkbərovun işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir.


Şərhlər