Menu

Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü - VİDEO

14.06.2020, 14:33
Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü - VİDEO

İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Qeyd edək ki, hərbi paradda hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.

Şərhlər

t.ədalətə 2020-06-14 19:27:37

KTMT altında MDB üzvlüyü işğalçı kölgəsində qalma deyilmi?

t.ədalət 2020-06-14 15:13:12

Düşmən ölkənin paradında işğalçı ölkənin əsgərləri ilə birgə addımlamaq doğru deyil...

BAKILI 2020-06-14 15:10:09

Bizden birde ekelerden bawqa ora kim gedecek

t.ədalət 2020-06-14 14:48:31

Rusiyanın paradında iştirak etmək müstəqilliyimizə kölgə salacaq.Bakıda,Dağlıq Qarabağ və onun hədəvərində,Xocalıda bizi qətl edən,ərazilərimizin işğal olunmasında ermənistana hər cür dəstək verən bir ölkənin--Rusiyanın paradında iştirak etməklə biz özümüzü dünya düzənindən təcrid edirik.İkinci dünya savaşında zorla müharibəyə cəlb edilmiş vətəndaşlarımızın əksəriyyətini də ruslar öldürüblər.Görəsən,dünyada qatilini bu qədər sevən ikinci ölkə varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol