Türkiyədə baş verən zəlzələ zamanı xəsarət alanların sayı 9 nəfərə çatıb, daha 1 nəfər ölüb. "Report" xəbər verir ki, ölkənin Daxili işlər naziri Süleyman Soylu Bingöldə qeydə alınan zəlzələ zamanı jandarmeriyanın nəzarət qülləsinin aşdığını, nəticədə 1 nəfərin xəsarət aldığını, 1 nəfərin isə dağıntılar altında qaldığını bildirib.
Dağıntılar altında qalan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Zəlzələ zamanı Bingöl əyalətində bir neçə kənddə evlər dağılıb, azı 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar İdarəsi təbii hadisə zonasına 550 çadır göndərib.
***
Türkiyədə 5,7 bal gücündə zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Türkiyədə baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.
Q


Şərhlər