Etibar Əliyev
millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru
“Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər.”
Xudu Məmmədov
Böyük Avstriya yazıçısı Elias Kanneti Nobel mükafatını “Kütlə və hakimiyyət” əsərinə görə alıb. Bu möhtəşəm kitabın bir fəsli “Millətlərin kütləvi simvolu” adlanır. İnsana başqaları ilə daim əlaqəli və həmrəy olduğunu hiss etdirən yeganə dəyər kütləvi simvoldur. Böyük yazıçı bir neçə millətin kollektiv simvolunu işləyə bilib:
Almanlar- kütləvi simvolları ordudur. Amma dünyada elə bir millət tapılmaz ki, onun meşə hissləri almanınkı kimi canlı olsun. Ağacların son dərəcə səliqəli düzülüşü, onların sayı və sıxlığı alman ruhunu məmnun edir. Alman meşələrinə baxanda nəyinsə artıq yaxud əskik olduğunu hiss etmək olmur. Darısqal evdən meşəyə qaçan uşaq özünü əsgərlər sırasına qəbul olunmuş kimi hiss edir. Meşədə artıq onu qürurlu, inamlı, düzgün olan yoldaşları gözləyir. Alman meşə romantikasının uşaqlara təsirini danmaq qeyri-mümkündür. İngilis özünü dənizdə, alman özünü meşədə görəndə sevinir.
Fransızlar- bu xalqın kütləvi simvolu onların inqilabıdır. Bu xalq azadlığın bayramını hər il keçirir. 14 iyulda tanış olmayan insanlar küçədə birgə rəqs edirlər. Hər il sanki Bastiliya yenidən götürülür. Faransızların himni də inqilabdan doğdu. Fransızların kollektiv simvolu bir qədər qeyri-müəyyən kimi görünə bilər. Amma kütləvi inqilab hissiyyatı konkret hərəkətə və konkret obyektə Bastiliyaya yönəldi. Buna görə də fransızlar “inqilab” sözünü həmişə millətlərin kütləvi simvolu ola biləcək onların dili, ədəbiyyatı, tarixi, ərazisi, idarəetmə üsulları, milli hissiyyatından önə çəkirlər.
İngilislər- hər kəsə ingilis üçün dənizin hansı mahiyyət daşıması bəllidir. İngilislər özlərini kiçik insan qrupları arasında gəmi kapitanı kimi görürlər. İngilis hesab edir ki, ətrafı və ayağının altı yalnız sudan ibarətdir. Faktiki olaraq o, komandadan təcrid olunub və təkdir. Bu millət üçün dəniz həm həyatdır həm də təhlükə. Hər bir ingilis dənizdə çatışmayan şeyləri məişətdə axtarır. Ailədə əsas olan dayanıqlıq və təhlükəsizlikdir. Hərənin öz yeri var, oranı tərk etmək olmaz, ingilis həmin yeri tərk etdisə demək dənizə düşür.
İsveçlilər - bu xalqda vətənpərvərlikyalnız bir dildə danışan xalqlarla müqayisədə daha güclüdür. Burda dillərin müxtəlifliyi, kantonların sosial strukturlarının fərqi, dinlər arasındakı ziddiyyətlərin milli özünüdərkə təsiri azdır. Onları bu bəladan kütləvi simvolları xilas edir. Bu onların gözləri qarşısında dayanana tərpənməz dağlardır. İsveçlilər dağlarının əzəmətini hər yerdən görürlər. Onların qarşısında dayanan dağlar maqnit kimi dünyanın hər yerindən insanları bu ölkəyə cəzb edir.
İspanlar - əgər ingilis özünü kapitan kimi görürsə, ispan özünü matodor kimi görür. O, qorxmadan müəyyən qaydalarla güclü heyvanı öldürməlidir. O, vəhşi heyvanla təkbətək döyüşə çıxır. İspanlı öküzü minlərə insanın gözü qarşısında öldürməlidir. Matador kütləvi simvola çevrilib.
2001-ci ilin 11 sentyabrında ABŞ da baş verən dəhşətli terror maraqlı bir mənzərəni ortaya qoydu. Onalr kütləvi simvollarını yenidən kəşf etdilər.
Amerikanlar əllərində bayraq küçələrə axışmağa başladılar. S. Xantinqton “Biz kimik kitabında ” yazırdı: “İnsanların güvənə biləcəyi bircə şey var idisə o da bayraq idi. Nyu-Yorkda, Vaşinqtonda insanlara bayraq çatdırmaq mümkün deyildi”. Bəli, əslində Amerika faciənin miqyasına görə öz kütləvi simvolunu yenidən kəşf etdi.
Türklərin kütləvi simvolu 30 avqust – Zəfər bayramıdır. Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.
Görünür ki, millətlər refleksiv şəkildə özlərində olan hansısa dəyərə bağlanmaqla kütləvi simvollarını seçə biliblər.
Azərbaycan gəldikdə isə Milli Qurtuluş günü – 15 iyun artıq kütləvi simvolumuza çevrilib. Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsi ilə ölkə anarxiyadan, xaosdan, təlatümlərdən xilas olundu. Milli Qurtuluş günü sayəsində müstəqiliyimiz möhkəmlədi, Azərbaycan davamlı inkişaf edən dövlətə çevrildi.
Dövlətin vacib strukturları həmahəng çalışmağa başladılar. Ordumuz quruldu, təhsil, elm, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət sahələrində islahatlar aparıldı. Bütün bunlar artıq bu möhtəşəm günü kütləvi simvolumuza çevirib.


Şərhlər
Qarabg. Nece isgal olundu?
Deputatlar millətin xeyrinə bir xeyirli ideya irəli sürsə, məsələ qaldırsa daha yaxşı olar.
Gözəl bənzətmələr yazırsınız. Ancaq millət yağışdan çıxıb yağmura düşüb.....
Azpolitika, qoyun millət öz dərdini çəksin də...
Olduqca maraqlı suala toxunur müəllif .. yəni, İngilis özünü dənizdə, alman özünü meşədə görəndə sevinir, Fransızlar- üç rəngli bayraqları olan “azadlıq, bərabərlik və qardaşlıq” simvolunu ürəkdən bayram edir və s....Azərbaycana gəldikdə isə Milli Qurtuluş günü – 15 iyun artıq kütləvi simvolumuza çevrilib....Nəyə görə deyirəm bunu???
Kanetti haqqında ilk dəfədir ki, eşidirəm o səbəbdən Vikidə maraqlandım ...bax: https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BD%D0%B5%D1%82%D1%82%D0%B8,_%D0%AD%D0%BB%D0%B8%D0%B0%D1%81.....mənbədən sitat...”Несмотря на всю эрудицию книги её нельзя считать академическим исследованием, это скорее записки кого-то, кто находится вне общества и пытается объяснить такому же аутсайдеру, как формируется толпа и как в толпе происходит манипуляция”...əgər ilkin mənbədə fikirlərin əsaslandırılması akademik səviyyədə deyilsə, belə mənbənin nəticələrinə əsaslanıb fikir də ən yaxşı halda müəllifin xoş istəyindən xəbər verə bilər....istənilən halda Etibar bəy sağ olun, məlumata görə....
o dövrdə torpaqların işğalı genişləndi...
Meşələrdə ağaclar dünyanın hər yerində eyni qayda ilə düzülür.