Menu

Azərbaycanda meşə yanğınının söndürülməsinə helikopterlər cəlb edild

16.06.2020, 19:05
Azərbaycanda meşə yanğınının söndürülməsinə helikopterlər cəlb edild

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu rayonunda meşə ərazisində başlayan yanğınla bağlı məlumat yayıb. Nazirlikdən "Report"a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol