Menu

Daha 152 nəfər Rusiyadan Vətənə gətirilib - FOTO

17.06.2020, 21:34
Daha 152 nəfər Rusiyadan Vətənə gətirilib - FOTO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

AZAL-dan APA-ya verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol