Menu

Azərbaycan XİN Türkiyə səfirini təbrik etdi

18.06.2020, 10:36
Azərbaycan XİN Türkiyə səfirini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin BMT-dəki daimi nümayəndəsi Volkan Bozkırı BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə təbrik edib.

“Report”un xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

“Volkan Bozkıra BMT-nin baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Biz səfir Bozkıra BMT-nin belə yüksək vəzifəsində və gələcək təşəbbüslərində uğurlar diləyirik”, təbrikdə vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol