Menu

Biz "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik! - MÜRACİƏT

18.06.2020, 12:14
Biz "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik! - MÜRACİƏT

Azərbaycanın bir qrup jurnalisti "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşib. 

“AzPolitika.info” xəbər verir ki, bu təşəbbüsün müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovadır. İ.İbrahimova 2 gün əvvəl jurnalistlərə, həmçinin ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən həmkarlarına müraciət edərək, koronavirus pandemiyasının artan təhlükəsini cəmiyyətə daha böyük səylə çatdırmağa çağırış etmişdi. "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı da bu çağırışın nəticəsi olaraq ortaya çıxıb.

Hərəkatla bağlı İ.İbrahimovanın açıqlamasında deyilir: “Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik.

Amalımız, məqsədimiz evimizə, ocağımıza bədbəxtlik gəlməsinə yol verməmək, dostlarımızı, çevrəmizi virusdan qorumaq və xilas etməkdir. Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik.

Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin. Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın. Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək. Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk! 

Bütün həmkarlarımı bu hərəkata qoşulmağa çağırıram”.

Təşəbbüsə hələlik aşağıdakı jurnalistlər və mətbuat xidməti rəhbərləri qoşulub:

İradə İbrahimova 

Aynur Camal 

Rəşad Məcid 

Vüqar Rəhimzadə 

Emin Musəvi 

Nurşən Quliyev 

Ləman Ələşrəfqızı 

Mehriban Məmmədova 

Murad Əliyev 

Elçin Zahiroğlu 

Əfqan Qafarlı 

Mahir Məmmədli 

Həbibə Abdulla 

Elnur Məhərrəmli 

Gülşən Raufqızı 

Namidə Bingöl 

Səmayə Məmmədova

Elnur Kələntərli 

Günay Malikqızı 

Azər Qismət 

Ramina Eyvazqızı 

Səbuhi Qafarov 

Əlişir Əhəd 

Mais Ağayev 

Vüqar Hüseynov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol