Menu

Ukraynada koronavirusa rekord sayda yoluxma qeydə alındı

18.06.2020, 12:29
Ukraynada koronavirusa rekord sayda yoluxma qeydə alındı

Ukraynada ötən sutkada 829 nəfərə koronavirus diaqnozu qoyulub. Bu, ölkədə günlük qeydə alınan yoluxma sayına görə rekord göstəricidir.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirliyi açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində Şərqi Avropa ölkəsində 23 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Ukraynada indiyədək 34 063 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 966 nəfər ölüb, 14 943 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol