Menu

İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək

18.06.2020, 15:53
İctimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək

Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

"Report" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.

Şərhlər

Qoca Molla 2020-06-18 16:20:07

Ayıb, ayıb, ayıb .... Bu adamların hüquq və azadlıqlarının məhdudlaşdırılması anlamına gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol