Menu

Koronavirusla mübarizə aparan Azərbaycan həkimləri - FOTOLAR

18.06.2020, 16:16
Koronavirusla mübarizə aparan Azərbaycan həkimləri - FOTOLAR

Tanınmış fotoqraf Əziz Elxanoğlu koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xəstəxanaların birindən fotolar çəkib.

"AzPolitika.info" xəbər verir ki, "Facebook"-dakı hesabında fotoları yaymlayan foto-jurnalist insanları diqqətli olmağa, özlərini virusdan qorumağa çağırıb:

"İlk dəfə idi ki, viruslu xəstələri canlı gördüm. Yanlarına yaxınlaşdıqca ürək döyüntüm artırdı. Hər dəfə də “virus yoxdur”, “boş şeydir” deyirdim. Ta, onları görənə kimi... “Qırmızı zona” yazısını gördükcə isə o ayrıca bir həyacan verdi. Xəstələrin aralarında gəzdikcə tez-tez nəfəs alırdım. Həyəcan məni qabaqlamışdı. Həkimlər isə maksimum sakitləşdirməyə çalışırdılar. Psixoloji özümü məhv etmişdim. Təxminən 1 saat sonra bütün həyəcan və qorxunu geridə qoydum. Virusa yoluxacağımdan ehtiyat edirdim. Sağ qalmaq üçün mübarizə aparan xəstələr və onlara yardım edən həkimlər... Hava keçirməz kombinzon, maska, eynək, 8 saat onları daşımaq... Mən 3 saat daşıya bildim. Özünüzü qoruyun!"

Şərhlər

Səmed 2020-06-18 19:21:58

Gelin elementar qaydalara emel edək bu çətin dövrdə mənəvi dayaq olaq bir birimize

Əli 2020-06-18 18:49:24

Allah həkimlərimizə kömək olsun. Virus həkimlərdən uzaq olsun. Allah xalqımıza kömək olsun ki, viruslu günləri dalda qoyaq inşaallah!

Rasim 2020-06-18 16:28:18

Allah kömək olsun hər bir kəsə.Belə də ki,TƏKİ VƏTƏN SAĞ OLSUN ....

VÜqar 2020-06-18 16:25:24

Bütün həkimlərimizə bu şərəfli, ağır və cətin peşələrində uğur diləyirəm, pandemiyaya qarşı göstərdikləri dözümə və əsl şücaətə görə bir vətəndaş olaraq minəttdarlığımı bildirirəm. Hazırkı çətin dönəmdə həkimlərin göstərdikləri əmək ölçülə bilən deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol