Müntəzəm olaraq, balıq əti yemək yoğun bağırsağın xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Bir sıra tədqiqatların həyata keçirilməsindən sonra, tibb işçiləri belə nəticəyə gəliblər. Bu barədə «Cursorinfo» nəşri xəbər verib.
Eksertlər pəhriz adətlərini öyrənmək üçün ümumilikdə 176 min 160 iştirakçını sorğuya məruz qoyublar. 15 ildən sonra elə həmin könüllülər arasında yenidən sorğu keçirilib. Bu zaman məlum olub ki, ötən illər ərzində 6291 iştirakçıda yoğun bağırsağın xərəngi inkişaf edib.
Tədqiqatın nəticələri göstərib ki, rəyi soruşulanların orta hesabla, həftədə 3 dəfə (300-400 qram) balıq əti yeyənləri arasında kolorektoral xərçəngin inkişaf riski həftədə heç olmasa, bir dəfə balıq yeyənlərlə müqayisədə 12 faiz azalıb.
Həkimlər qeyd edirlər ki, omeqa-3 yağ turşuları ilə zəngin olan balıq, bağırsaq üçün faydalıdır. Bu yağlar beyinin inkişafı və normal fəaliyyəti üçün əhəmiyyətlidir, bir çox metobolik proseslər üçün qaçılmazdır və orqanizmdə soyuqlamanı inkubasiya edir (yavaşıdır).
AzPolitika.info


Şərhlər