Menu

“Çox böyük məbləğdə pullar xərclənib...” – Qənirə Paşayeva mədəniyyət sahəsindəki problemlərdən danışdı

20.06.2020, 09:23
“Çox böyük məbləğdə pullar xərclənib...” – Qənirə Paşayeva mədəniyyət sahəsindəki problemlərdən danışdı

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında mədəniyyət sahəsində olan problemləri gündəmə gətirib.

“AzPolitika.info” xəbər verir ki, deputat bir sıra təkliflərlə çıxış edib. O, ölkəmizin ən qədim tarixi abidələrindən olan, Tovuz rayonunda yerləşən Göytəpə qədim yaşayış məskəni ilə bağlı çağırış edib. Prezident İlham Əliyevin Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirməyə çağırıb. O bildirib ki, işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.


Deputat Tovuz rayonunda yerləşən Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi və Tarix Diyarşünaslıq Muzeyində yaşanan işıq problemi barədə də danışıb: “Mədəniyyət sahəsində obyektlər təhvil verilərkən tam hazır şəkildə verilməlidir və buna nəzarət olunmalıdır. Tovuzda Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi tikilib, istifadəyə verildi. İnanırıq ki, bu muzey aşıq sənətinə öz töhvələrini verəcək. Belə gözəl bir muzeyin tikilməsi üçün cənab prezidentimizə bir daha minnətdarlıq edirik. Muzey artıq istifadəyə verilib, lakin hələ də elektrik problemi həll olunmayıb. İşıqlandırılmanın olmaması isə muzeyin fəaliyyətinə mənfi təsir göstərir. Eyni problem Tarix Diyarşünaslıq Muzeyində də yaşanır. Bu problemlər qurumlar arasında hələ də öz həllini tapa bilmir”.

Qənirə Paşayeva digər bir problem kimi Azərbaycan Kino və Teatrının inkişafı ilə bağlı dövlət proqramının başa çatmasına baxmayaraq, bir sıra vacib məsələlərin öz həllini tapmamasını göstərib: “Hesablama Palatasına rəylər verdiyinə və komitəmiz üçün önəmli təkliflər irəli sürdüyünə görə təşəkkür edirik. Məsələ ondan ibarətdir ki, ermənilərin Dağlıq Qarabağ problemini təhrif edən və Azərbaycana ciddi ittihamlar səsləndirən filmi Kann festivalına çıxarılıb. Ermənilərin bu əməllərini pisləməklə yanaşı, Qarabağ həqiqətləri mövzusunda Kann festivalına təqdim edə biləcəyimiz film hazırlamaq barədə düşünməliyik. Dövlət tərəfindən kino sahəsinə vəsait ayrılıb, dövlət proqramı həyata keçirilib. Çox böyük məbləğdə vəsaitlər xərclənib. Düşünürük ki, bu vəsaitlər müvafiq nazirlik tərəfindən heç də səmərəli xərclənməyib. 

Hörmətli Mehriban xanımın fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur. Mədəniyyət sahəsi cənab Prezidentimiz İlham Əliyevin də ciddi nəzarətində olan sahələrdəndir. Hörmətli Arzu xanım Əliyevanın rəhbərliyi ilə də Azərbaycan tarixi ilə bağlı bir sıra filmlər çəkilib və dünya festivallarına çıxarılıb. Amma hesab edirik ki, mədəniyyət sahəsi ilə bağlı müvafiq nazirliyin və qurumların dövlətin bu istiqamətdə ayırdığı vəsaiti səmərəli xərcləməsinə və dövlət proqramın necə həyata keçirməsinə ciddi nəzarət etmək lazımdır. Çox təəssüf ki, kino və teatrla bağlı proqramların icrasında biz bu səmərəliliyi yetərli səviyyədə görə bilmirik. Hesablama Palatasının bu istiqamətdə irəli sürdüyü təklifləri də yüksək qiymətləndiririk. İnanırıq ki, gələcəkdə kino və teatr sahəsində vəsaitlərin ayrılması və xərclənməsi mexanizmlərində bu təkliflər nəzərə alınacaq”.

AzPolitika.info

Şərhlər

Azad 2020-06-20 23:12:25

Qənirə xanım bəlkə keçək sizin hektarlarla özünküləşdirdiyiniz torpaq sahələrindən, daşınan-daşınmaz əmlaklarlnızdan danışaq???

Azər 2020-06-20 16:31:06

Qizdirma adı eşudəndə təcili yardim deyir özunuz nəsə qəbul edin

zavallı millət 2020-06-20 14:17:53

Deyəsən, Qənirə xanım nazir olmaq istəyir. Vay onda mədəniyyətin halına.Bu vaxta qədər niyə səsi çıxmırdı? Oturublar Milli Məclisdə qorxudan səslərini belə çıxartmırlar. Bir məmur vurulan kimi səsləri çıxır. Artıq heç birinizə inam qalmayıb. Özünüzə, bacı, qardaşlarınıza gün ağlamaqdfan başqa bir şey bilmirsiniz.

t.ədalət 2020-06-20 14:00:16

Niyə mədəniyyət nazirliyini günahlandırırsınız.Siz özünüz xaricdə keçirdiyiniz YAP tədbirləri üçün H.Əliyev fondundan azmı qapazlamısınız?

Kamil 2020-06-20 10:33:17

Hörmətli Qənirə xanım minümüm əmək haqqi 300 manat olmalıdir.vəziyyət pisdir milli məclısdə qaldirin bu məsələnı.300 manata qədər ənək haqqindan gəlir vergisi tutulmamalıdir

Azər 2020-06-20 10:18:44

Qənirə xanım vəzittət kritikdir.insanlar yoluxmuş halda çoldə gəzirl əl r.testlərin cavabı gec gəlır.xəstəxanalarda yer yoxdur.təcili tibb yardimi çağirişlara demək olar ki getmir qizdirma adi eşidəndə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol