ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və USAID Azərbaycandakı missiyasının direktoru Cey Sinqx Azərbaycan Qızıl Aypara cəmiyyətinin Bakıda yerləşən anbarına baş çəkərək orada USAID tərəfindən maliyyələşdirilən gigiyena əşyalarının paylanması üçün görülən hazırlıq işlərini nəzərdən keçiriblər.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3,600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Bu yardım ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olub. Pandemiyanın təsirinə məruz qalan insanlara dəstək göstəməkdə tərəfdaşlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və UNICEF-ə təşəkkürlər”, - məlumatda bildirilib.


Şərhlər
Hardan biləsən ki,bu yardımların içərisində virus elementləri yoxdur?
Inanan dasha donsu onu ehtiyaci olanlara verseler. Azerbaycanda en korupsiyalashmish teshkilat ele gizil aypara cemiyyetidir. Xaricden gelenleride korupsiyanin yollarini oyredibler, ayrilan yardimlari ozleri menimseyir. Mugeni Novruzovda kefv edir.
Qızıl Aypara Cəmiyyətinin könüllüləri memurlardir ????? Bu bağlamalar kasib insanlara verilecekmi ????????