Menu

"Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur"- Həkim

23.06.2020, 10:00
"Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur"- Həkim

"Əməkdar artist Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur”. Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Şərhlər

Fazil 2020-06-23 11:59:26

Bu nə deməkir? Ölkədə Bəhramdan başqa xəstə yoxdur?Bu nə ayrıseçkilikdir?Allah on ada şəfa versin.Amma bu digər xəstələri və onların ailələrinə təhqirdir.Necə yəni,Həkim,alim,müəllimlər xəstələnir,onlar kölgədə saxlanılır,amma bu hər gün hallandırılır.Belə ehtimal da vardır ki,bu artistik nömrə də ola bilər.u

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol