Menu

“NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır” - Baş katib

23.06.2020, 17:42
“NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır” - Baş katib

“NATO-ya üzv dövlətlər arasında Liviyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Lakin eyni zamanda, NATO-ya üzv dövlətlər Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Liviyada baş verənləri yaxından izləyir.

Y. Stoltenberq bildirib ki, NATO-ya üzv dövlətlər Liviya münaqişəsinin siyasi danışıqlar yolu ilə həllini dəstəkləyir.

NATO-nun baş katibi Rusiyanın qırıcı təyyarələrini və muzdlu döyüşçülərini Liviyaya göndərməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, NATO-ya üzv dövlətlər Rusiyanın Liviyada qüvvələrinin sayını artırması ilə bağlı kəşfiyyat məlumatlarını öz aralarında paylaşmaqla bağlı razılığa gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol