“İSMAİLİYYƏ”DƏN FƏXRİ XİYABANA APARAN YOL



prof. Ramazan SİRACOĞLU
Təqdim olunan yazıda Azərbaycanın ictimai fikir tarixinə adı əbədi olaraq Cümhuriyyətimizin qurucuları Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşovla bir sırada yazılacaq, anadan olmasının 82-ci ili tamam olan Əbülfəz Elçibəyi bir daha rəhmətlə anmaq, elmi fəaliyyətindən, ondan asılı olmayan səbəblərdən yarımçıq qalmış tədqiqatçılığından, elmi araşdırmalarından bəhs etmək, gənc nəslə imkanımız daxilində bilgi vermək, şəxsi düşüncələrimizi dəyərli oxucularla bölüşmək istəyirik.
1993-cü ilin dekabrında Milli Elmlər Akademiyasının, dövlət başçısının da iştirak etdiyi illik hesabat yığıncağında, akademik Ziya Bünyadov öz çıxışında ictimai-siyasi vəziyyət haqqında danışarkən “saqqalının ölçüsündən asılı olmayaraq, özlərini liberal və ya demokratlar adlandıranların liderlərinin əksəriyyəti bilavasitə, yaxud bilavasitə mənim kurasiyamda işləyənlər idi” söyləyəndə, Prezident Heydər Əliyev onun sözünü kəsdi:
- Ziya müəllim, belə məlum olur ki, sizin əməkdaşlar öz işlərindən başqa qalan bütün işlərlə məşğul olmuşlar.
Ziya müəllim bir anlığa duruxdu, sonra da dövlət başçısına tərəf döndü:
- Cənab Prezident, как говорится, кесарю кесарево, а божие богу (necə deyərlər, igidi öldür, amma haqqını kəsmə), onların lideri Əbülfəz Elçibəy yaxşı tarixçi idi. Mənim aspirantım olub, mən onu IX-X əsrlərdə Misirdə mövcud olmuş Tulunilər türk dövlətinə dair sanballı monoqrafiyanın, Abbasilər xilafətinin tənəzzülü və parçalanması, IX-X əsrlər ərəb-Misir ədəbiyyatı, hənəfilik və onun əsas qaydaları, Azərbaycanda elmin tarixi haqqında dəyərli əsərlərin müəllifi kimi tanıyıram. Orjinal mətinlərlə işləmək üçün dərin biliyi və yaxşı qabiliyyəti vardı. Əfsus ki, elmdən uzaqlaşdı. Açığı, bizdə birbaşa məxəzlərlə işləyə bilən kadrlar çox azdır.

Akademik Ziya Bünyadovun təsbiti çox doğruydu. Həqiqətən də, Əbülfəz bəy orta əsrlərə aid məxəzləri xüsusi şövq və diqqətlə araşdırırdı. Zarafatla deyirdi ki, latın və kiril əlifbasında yazılanları öncə oxuyursan, sonra başa düşürsən; ərəb əlifbası ilə yazılan mətni isə əvvəl başa düşüb, sonra oxumalısan, əks təqdirdə, “bərməla” (برملا - açıq, aydın) sözünü “bir molla” (برملا ), “qurbət”i (قربت -yaxınlıq)- Qarabet, “kətəbə”ni ( کَتَبَ – yazdı ) – “kutub” ( کُتُبٍ – kitablar ) və ya “kutibə” (کُتِبَ – yazıldı), “mələk” sözünü ( ملَكَ ) – “mulk” (لمُلكا), “məlik” (مَلِك - hökmdar) və ya “milk” (مِلْكٌ - ağ ləkə) şəklində oxuycaqsan. Müxtəlif dövrlərə aid fərqli xətt növlərində (siyaqət, riq’ə, şikəstə, divani, nəsx, nəstəliq, kufi, təliq, sülüs, reyhani, cəli v.s) yazılmış mənbələri oxumaq hövsələ, səriştə, fantaziya və bilik tələb edir. Əbülfəz bəyin belə yazıları oxumaqda qibtəediləcək qabiliyyəti vardı: Əbülfəz bəy, bütün insanlara, xüsusən də gənclərə qarşı çox sayqılı və həssas davranırdı.
Yaxşı yadımdadır, 1983-cü ilin may ayının ortalarında akademik Məmməd Cəfər müəllimin razılığı, Aydın Məmmədovun təşəbbüsü və Firidun Cəlilovun maddi dəstəyi ilə “Azərbaycan məsələləri” toplusu nəşrə hazırlanırdı. Mən o toplu üçün “Əbu Osman Əmr bin Bəhr əl Cahizin ( 777- 869) “Fəzail’ül ətrak” əsərində türklərə münasibət” adlı məqalə təqdim etmişdim. Redaksiya şurasının şərtinə görə, elmi dərəcəsi olmayan müəlliflərin yazılarının çap edilə bilməsi üçün iki mütəxəssis rəyi tələb olunurdu. Mənim o zaman elmi dərəcəm olmadığı üçün məqaləmi Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasına və Azərbaycan SSR EA-nın Əlyazmaları şöbəsinə (Əlyazmalar İnstitutuna) rəyə göndərmişdilər.
Məqaləmin aqibətini öyrənmək üçün öncə Universitetin (o vaxt ancaq bir universitet vardı- ADU; qalan ali məktəblər institut adlanırdı) Şərqşünaslıq fakültəsinə, Vasim Məmmədəliyevin yanına getdim. O zaman Vasim müəllim Şərqşünaslıq fakültəsinin dekanı idi. Vasim müəllim məni çox gülərüz qarşıladı və hələ məqaləmi oxumağa vaxt tapmadığını, ancaq beş-on günə mütləq oxuyacağını söylədi. Oradan “İsmailiyyə” binasına, Əlyazmaları şöbəsinə (o zamanlar Əlyazmalar İnstitutu hələ şöbə statusunda idi və orada yerləşirdi ), Əbülfəz bəyin yanına getdim. Əbülfəz bəy orada şöbə müdiri işləyirdi. Məni görən kimi, “məqalənizi oxudum, rəy də yazdım” deyib masasının siyirtməsindən imzalı, möhürlü kağızı göstərdi. Sonra da “gedək bir stəkan çay içək, yazıyla bağlı bəzi şeylər soruşmaq istəyirəm” söylədi. Qeyri-iradi Əbülfəz bəyin mənim məqaləmə yazdığı rəyə baxdım, müsbət olduğunu görüncə rahatladım.
Az sonra bəylə bərabər “Narxoz”un - Xalq Təsərrüfatı İnstitutunun (İqtisad Universitetinin) yeməkxanasında nahar edirdik. Əbülfəz bəy məqaləmə müsbət rəy yazmasına baxmayaraq, yazıda irəli sürdüyüm ümumi konsepsiyasının yanlış olduğunu söylədi:
- Sən məqalədə iddia edirsən ki, Cahiz bir türk heyranıdır, halbuki o, iliklərinə qədər ərəb şovinisti olub. Məsələn, Cahiz “Kitabu’l a’rab və məvali” kitabında ərəblərin bütün xalqlardan üstün olduğunu yazmış, “Kitabu’l buxala” əsərində isə ərəblərdən başqa bütün etnik mənsubiyyətləri aşağılayıcı halda ələ salmışdır.
Əbülfəz bəyin danışdığı kitabların məzmunundan mənim xəbərim olmadığından onun iradı qarşısında nə deyəcəyimi də bilmirdim. Bu vaxt mənim tanımadığım ortayaşlı bir şəxsin bizim masaya yaxınlaşıb salam verməsi mənim üçün lap göydəndüşmə oldu. Əbülfəz bəy onun salamını alıb hal-əhval tutdu:
- Mirzə, əyləş görüm. Nə var, nə yox?
Mirzə (bilmədim onun əsl adı Mirzəydi, yoxsa bəymi ona belə müraciət edirdi) deyilən adam da “sağlıq-salamatlıqdır” deyib əlavə etdi: “Azərnəşr”dən gəlirəm, “vostfak”a ( Şərqşünaslıq fakültəsinə) Şəfainin (professor Əhməd Şəfainin) yanına gedəcəyəm.
Əbülfəz bəy marağını gizlətmədi:
- Xeyir ola?
- Bir səhifədə bir neçə yerdə təkrarlanan bir söz var, oxunuşunu və mənasını yazmaq lazımdır.
Əbülfəz bəy Mirzə adlandırdığı şəxsin əlindəki səhifəyə diqqətlə baxdı, sonra da izah etməyə başladı: “ğuluv” - غلو - bədii ifadə vasitəsidir, mübaliğənin daha üstün dərəcəsinə deyilir. Söylədiklərimə şübhən varsa get Şəfai müəllimdən də soruş.
“Azərnəşr”dən gələn adam etiraz etdi:
- Yox, yox. Dedikləriniz məntiqli gəlir. Daha “vostfak”a getməyə gərək qalmadı.

Mən Əbülfəz bəydən üzrxahlıq edib onun mənim məqaləmə yazdığı rəyi də götürüb Nərimanov prospektinə (Cavid prospektinə) Akademiyaya getdim. Əbülfəz bəy elmi məsələlərdə çox diqqətli idi. Bir dəfə söhbət əsnasında mən Abbasilər dönəminin İmru’lqeysi (500-540) sayılan Əbu Nuvas (762?- 813?) haqqında danışanda onu “Ya əyyuhən-nas uşrubu xəmrən in ləkum minhu’l-ilac- Ey insansanlar, əgər sizə əlacdırsa, şərab için” misrasına görə həbs etdiklərini söyləyəndə Əbülfəz bəy mənə irad tutdu:
- Bəy, biraz ehtiyatlı olun. Qulaqlarım eşidə-eşidə Əbu Nuvası təhrif edirsiniz. Əbu Nuvasın o misrasında “in- əgər” sözü yoxdur. İnanmırsınızsa, elmi rəhbəriniz Aida xanımdan (professor Aida xanım İmanquliyeva) soruşun.
Qeyd edim ki, Aida xanım və Əbülfəz bəy 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində eyni qrupda oxumuşlar) soruşun. Mən üzrxahlıq edib razılaşsam da, sonralar əlimə düşən elə ilk fürsətdə dəqiqlik üçün elmi rəhbərim, ərəb ədəbiyyatının mahir bilicisi, professor Aida xanımdan o misranı soruşdum. Aida xanım da Əbülfəz bəyin doğru söylədiyini təsdiqlədi:
- Əbu Nuvas, şürbi (alkoqol düşkünü) idi, onu məhz Qurani-kərimin hökmünə — “Maidə” surəsinin 90-cı ayəsinə (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ - Ya əyyuha-l-ləzinə amənu, innəma-l-xəmru və-l-məysiru və-l-ənsabu və-l-əzlamu ricsun, min əməli-ş-şeytani, fəctənibu lə’əlləkum tuflihunə - Ey iman edənlər, gerçəkdən də şərab, qumar, bütlər və bəxtəbəxt oyunlar murdar şeylərdir, şeytan əməllərindəndir; bunlardan uzaq durun ki, bəlkə nicata çatasınız) qarşı çıxdığına görə zindana atmışdılar. Sənin iddia etdiyin kimi - “dərdinizə əlacdırsa, şərab için” yazsaydı, daha onu niyə tuturdular ki? Həmin ayədəki “şərab” mənasında və ya “sərxoşedici” mənasında işlənmiş “xəmr” - خمر – sözünün qədim ərəbcədəki əsl mənası “örtmək, qapamaq”dır; başqa sözlə, “xəmr”- “ağılı, hissiyyatı, duyğu üzvlərini keyləşdirən” anlamındadır. Diqqət edirsənmi, “murdar, pis, iyrənc” mənası verən “rics”- رِجْسٌ – adlandırılanların önündə “xəmr” gəlir. Əbu Nuvas isə tam tərsini - “ Ey insanlar, şərab için, ondan sizə əlac var” yazdığına görə Harun-ər-Rəşidin oğlu xəlifə Əmin tərəfindən cəzalandırılıb. Deməli, Əbülfəz bəyin iradı tamamilə haqlıdır.
Əbülfəz bəy özünün elmi səviyyəsinin yüksəkliyini 1985-ci ildə Lenininqrad (Sankt-Peterburq) şəhərindən gəlmiş iranşünas professor V.A.Livşitslə (1923-2017) diskussiya zamanı bir daha sübuta yetirmişdi. Yeri gəlmişkən, həmin diskussiyada akademiklər Məmməd Cəfər, Ziya Bünyadov və İqrar Əliyev də iştirak edirdilər. V.A.Livşits iddia edirdi ki, Orxon yazılarında “h, c, f, ğ, j” hərflərinin olmaması, Göytürk mətnlərinin ümumilikdə cəmi 843 sözdən törəməsi sübut edir ki, türk dili başqa dillərlə müqayisədə çox gənc dildir, yaranma tarixi miladdan sonrakı dövrlərə düşür. Leninqradlı həmkarına etiraz edən Əbülfəz bəy bildirdi ki, türkdilli ədəbiyyatda “dodaqdəyməz” adlanan şeir növü var. Aşıqlar, şairlər tərkibində “b, p, m” səsləri olmayan sözlərdən ibarət şeir qoşur. Yaxud, misralarında “l və r” səsləri iştirak etməyən, “dildönməz” adlanan şeirlər mövcuddur. O cür şeirlərə istinad etsəniz, o zaman türk dilində “p, b, m, l, r” səsləri də yoxdur deyə iddia edə bilərsiniz. Ərəb şairləri dilə nə dərəcədə hakim olduqlarını isbatlamaq üçün şeir yarışmalarında ancaq nöqtəli və ya nöqtəsiz hərflərin iştirak etdiyi sözlərdən şeir yazma müsabiqələri keçirirdilər. Təsəvvür edirsinizmi, ərəb əlifbasındaki 28 hərfin yarısı nöqtəli, yarısı da nöqtəsizdir. ALLAH eləməsin, sizin əlinizə o şeir numunələrindən düşsə, iddia edərsiniz ki, ərəb dilində cəmi 14 səs var. Hörmətli Vladimir Aronoviç, sizin “Sovetskaya tyurkoloqiya” jurnalının 1978-ci ilə aid 4-cü sayında çap olunmuş “Qədim türk runik əlifbasının mənşəyinə dair” məqalənizdə Göytürk əlifbasını runik əlifba adlandırmanız doğru deyil. Zira, runik yazıların sağdan və ya soldan, yuxarıdan aşağıya, yaxud da aşağıdan yuxarıya oxunuşunun əhəmiyyəti yoxdur, Orxon yazılarında vəziyyət tam başqadır. Göytürk yazılarının bəziləri qrafik baxımından bir-birinin asimmetrik formasıdır. Məsələn, “ı, i, l, p”; “n” və “z”; “t”-“k”-“r”; “l”-“ç” hərfləri yazılışca bir-birinə bənzəyir. Başqa sözlə, o hərflər güzgü effekti ilə, asimmetrik yerdəyişmə prinsipiylə yaranıb. Gətirilən faktlar qarşısında rusiyalı şərqşünas V.A.Livşitsin “учтем - nəzərə alarıq” söyləməkdən başqa çarəsi qalmadı.
Əbülfəz bəy, Şərq fəlsəfəsinin incəliklərinə yaxşı bələd idi. Məsələn, onun orta əsr filosofu Şihabəddin Suhrəverdi (1154?-1191?) mövzusunda öz keçmiş tələbə yoldaşı, professor Zakir Məmmədovla qızğın mübahisəsi xatirimdədir. Yanılmıramsa, Əbülfəz bəy “İnşiraq fəlsəfəsi” əsərindəki “mələklər olmadan Haqq-təalanın göyü yaratması qeyri-mümkündür” cümləsinə istinadən Şihabəddin Sührəverdinin zaman-zaman dualist fikirlər söylədiyini bildirir, Zakir müəllim isə bu fikrə qarşı çıxırdı.
Əbülfəz bəyin incə poetik duyumu vardı. Bir dəfə bir tanışımla filarmoniya bağında “Millət” çayxanasında çay içəndə gözlənilmədən Əbülfəz bəy, tanınmış alim Aydın Məmmədov və məşhur diktor Qara Tağızadə də içəriyə girdilər. Əbülfəz bəy bizi görüb – “Bizimkilər də buradadır ki! Onların yanında oturaq” deyəndə, biz çox sevindik, masamızdakı çaynik təzələndi. Maraqlı söhbət başladı. Söhbət əsnasında Qara Tağızadə dedi ki, radioda çıxış edən bir məşhur filoloq dinləyicilərə S.Ə.Şirvaninin öz oğluna Azərbaycan övladı olduğunu ifadə edən misralar yazdığını söyləyir və fikrini
“Sənə bürhan deyil təriqi-pədər,
Gör nə yol getdi zadeyi-Azər”
misraları ilə təsdiqləyirdi. Q.Tağızadənin sözləri Əbülfəz bəyi heyrətləndirdi:
- Bu qədər dayazlıq olmaz axı! Birincisi, o misrada Azərbaycan övladı məfhumu yoxdur. S.Ə. Şirvani “zadəyi-Azər – Azər oğlu” ifadəsində İbrahim Peyğəmbəri nəzərdə tutmuşdur. İbrahim Peyğəmbərin atasının adı Azər idi. Qurani-kərimin “Ənam” surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةًۚ – Qalə İbrahimu li əbihi Azərə ə’əttəxizu əsnamən alihətən— İbrahim atası Azərə “Bütləri özünə tanrılar olaraqmı götürürsən?” – söylədi.) S.Ə.Şirvani öz oğluna yazır ki, “atanın yolu övlad üçün nümunə və ya dəlil deyil; görürsənmi, Azərin oğlu, yəni Həzrəti-İbrahim necə yol getdi? Burada, İbrahimin öz bütpərəst dədə-babalarının ibadət etdikləri bütün bütləri qırdığı xatırladılır.”
Əbülfəz bəy tamamilə haqlıydı. Bizə isə Qara Tağızadənin haqqında söhbət açdığı o məşhurun S.Ə. Şirvaninin şeirin mənasını dərk etməməsinə ancaq təəssüflənmək qaldı.
Siyasi boşboğaz, intriqan, ermənipərəst və riyakar M.S.Qorbaçovun 11 Mart 1985-ci ildə SSRİ-yə başçılıq etməsiylə bütün Sovet İttifaqı boyu “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında sərhədlərin yenidən müəyyənləşdirilməsi, bəzi “bəlakeş” millətlərin problemlərinin “ədalətlə” həll olunması pərdəsi altında Orta Asiya və Cənubi Qafqazda yaşayan türklərə divan tutulmağa başlandı. Havadarlarına güvənən daşnaklar Ermənistan adlanan yerdə yaşayan aborigenlərə – türklərə qarşı genosid siyasəti yürütməyə başladılar. 1988-ci ilin noyabr ayından olub-bitənlərə biganə qala bilməyən on minlərlə vətəndaşımız ölkədə güclənən milli dirəniş hərəkatına qoşuldu. Fərasətsiz Mişa Raykinin (arvadağız Qorbaçova hörmət əlaməti olaraq verilən ləqəb) bədnam milli siyasəti ucbatından Əbülfəz bəyin də elmi fəaliyyəti natamam qaldı. Təlatümlü dənizi xatırladan cəmiyyətdə daha elmi araşdırmalar aparma, qarmaqarışıq manuskriptləri deşifrə etmə zamanı deyildi.
A.K.Tecerin qələminə məxsus bir şeirdə Əbülfəz bəyin çox sevdiyi belə misralar var:
Orda bir yol var, uzakta
O yol bizim yolumuzdur.
Dönmesek de, varmasak da
O yol bizim yolumuzdur...
Əbülfəz bəy ömrünün yarıdan çoxunu indiki “İstiqlaliyət” küçəsində keçirib. 1957-1962-ci illərdə təhsil aldığı Şərqşünaslıq fakültəsi, 1968-1975-ci illərdə işlədiyi Asiya və Afrika Ölkələri Tarixi Kafedrası “İstiqlaliyyət”də yerləşirdi; Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları Əbülfəz bəyi 15 yanvar 1975-ci ildə auditoriyadan çıxanda “İstiqlaliyyət” küçəsində həbs etmişdilər; 1976-1992-ci illərdə fəaliyyət göstərdiyi Əlyazmalar İnstitutu, 1992-1993-cü illərdə - Prezident olduğu dövrdə fəaliyyət göstərdiyi Prezident Aparatı da “İstiqlaliyyət” küçəsindədir. Əbülfəz bəyi əbədiyyətə aparan yol da təsadüfmü, zərurətmi, bilmirəm - “İstiqlaliyyət”dən başladı. Əbülfəz bəy tərəddüd etmədən 17 noyabr 1988-ci ildə “İsmailiyyə”nin qapısını açıb qətiyyətli addımlarla “İstiqlaliyyət” (“Kommunist”) küçəsində toplanmış insan selinə qatıldı. İlk dəfə qatıldığı axından yüz qat daha izdihamlı insan seli illər sonra - 23 avqust 2000-ci ildə onu öz çiyinlərində Fəxri Xiyabana apardı...
Ölkə
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Kimin tənqid, kimin tərif deməyindən aslı olmayaraq Elçibəy Azəri türkünün əksəriyyətinin qəlbində bir sevgi məbədi qura bildi. Bu məbədi illərcədir daş qalaq edilir və ediləcəksə. Amma nə daş -qalaq, nə qorxu, nə də yalançı but bu sevgi məbədini yıxa bilməz!
Ramazan müəllim, xahiş edifier mənimlə əlaqə saxlayın [email protected]
Bir müddet bundan evvel sabiq nazir Eli Nağıyev Mütellibov haqqında yazısında sehv düz konkret adlar ve faktlar qoydu ortaya Yemi kişi kimi hereket eledi ürek bulandıran ümumi sözler demedi Siz de kişi kimi konkret fakt qoyun ortaya qoya bilmirsiz onda susun
Bir müddet bundan evvel sabiq nazir Eli Nağıyev Mütellibov haqqında yazısında sehv düz konkret adlar ve faktlar qoydu ortaya Yeni kişi kimi hereket eledi ürek bulandıran ümumi sözler demedi Siz de kişi kimi konkret fakt qoyun ortaya qoya bilmirsiz onda susun
En azından ayıb olsun Bey haqqında menfi fikir deyenlere O özünü isbat etmiş bir Kişi Veten oğludur Heç olmass Türkiyyede ona berilen aiyöetden ve onu layıaınce deyerlendiren türk qardaşlarımızdan nümune götürün netice çıxarın. Bele çıxır ki Milli azdalıq heralatını destekleyen Ziya Bünyatov, Bextiyar, Xudu Memmedov, İsmayıl Şıxlı ve s.hamısı rusun ahenti olub? Bunu deyənlər qanı pozuqlardır.. qəsdəın edirlər ki, bu milletin ruhunu öldürsünlər... Besdirin ayıbdır
Məqaləniz bəzi əsas faktorlar da qeyd etsəydiniz daha maraqlı olatdı.Elçibəyin həbsi.həbsdə onunla aparılan iş,onun vaxtından əvvəl azad edilməsi,AXC-nin yaradılmasında Elmlər Akafemiyası ilə əlaqəsi,prezidentlikdən gizlincə Kələkiyə göndərilməsi.H.Əliyevin Azərbaycana dəvətin sirrləri və bu kimihallar.
Müəllifə. Professor? əgər Sizin dediyiniz kimi Bəy yaxşı elm adam idisə gedib elmlə məşğul olaydı. Bacarmadığı işlə niyə məşğul olub xalqı başsız qoyub qaçırdı.Professor, rəhmətlik Əbülfəz bəyi Məmməd Əmin Rəsulzadə ilə bir sırada xalqa sırımaq ədalətsizlikdir,savadsızlıqdır və alınmayacaq. .... Onlar deyirdi ki, açın qapıları qoy xalq görsün ki,hansı vəziyyətdə, hası şərtlər daxilində hakimiyyəti təhvil veririk.
Bilirsiz biz millete bele İnsan rehberlik ede bilmir.Biz Stalinleri Mircefer Bağırov kimi qaniçenleri daha çox rehber kimi qebul etmeyi xoşluyuruqVe yaxud da here öz yerlisini rehber görmek isteyir Beyenmediyim gorbagör Lenin bir sözü var:Cemiyyetin gücü kütlelerin şüurlu olmasındadırBiz de bu çatmır
Rehmetlik Elçibey qeder düz temiz temennasız Vetenini Xalqını seven insznşat çox azdır Hetta onu sevmeyen qatı düşmenleri de onun haqqındd pis nese demirler.Daha doğrudu deye bilmirler.Kişi adZm olub.Siz ikinci bir adam tanıgırdiz öx xoşu ile hakimiyyeti başqasına versin.O bilirdi hakimiyyeti kime vermek lazımdır Eger Ayaza verseydi bizi rusın qucağıma atacaydı Vezirov da kişiliyi çatmadı xalqı worüına verib gefib oturdu tusun quvağında Allah beye rehmet elesin Böyük İnsan idi
Yazınız həqiqətdir vəbu gün Azərbaycanxalqı bu əməllərin qurbanıdır.Elçibəy hazırlanmış,mələk paltarı geydirilmiş,zəif.həmin vzifəyə uyğun olmayan.yanına Etibar,Pənah və bu kimi ...toplayan şəxs olub.....
Məqaləni diqqətlə oxudum.Ancaq Elçibəyin elmi buraxıb siyasətə məşul olma səbblərini anlamadım.Elçibəy həbs olunmuş,həbsxanadan vaxtından əvvəl buraxlması.onun AXC-si,Prezidentliyi və prezidentliyi çox asanlıqla təslim edib,gecəliklə Kələkiyə bir dəstə ilə göndərilməsi səbəblər açılmır.Bu isə çoxlu maraq doğuran haldır.Bu məsələnin gizli və açıq tərəflərinin açılması daha maraqlı olardı.lçıoə'nidiqq'tl' oxudum/EL,IB'YIN NIY' ELMD'N
Allah Əbülfəz Elçibəyə rəhmət eləsin
Əbülfəz bəyə allah rəhmət eləsin!
Yazı bir çoxunun hakimiyyət uğrunda sövdələşmə ehtimalını verir.
Gözel yazı üçün teşekkrler!
Allah BƏYƏ rəhmət etsin. Azərbaycan xalqı, xüsusil ətrafındakı, özü inandığı bəzi tör-töküntülər onu layiqincə qiymətləndirmədilər zamanında bəzi tör
Əbülfəz Elçibəy Azərbaycanın prezidenti olub və deməli siyasətin tam ortasında dayanmışdı.Ancaq tarix göstərdi ki,Əbülfəz bəy çox bərbad siyasət yürüdüb.Onun videolarına baxanda bu aydın görünür.Nədənsə,bu məsələnin üstündən sükutla keçirlər.Xalqımız Əbülfəz bəyi prezident kürsüsündə görüb.O, bu işi heç bacarmayıb.
Əbülfəz Əliyevi Cümhuriyyət liderləri,o cümlədən Şərqdə ilk demokratik Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə ilə bir sırada təsəvvür etmək..... Sovet ittifaqı dağıldıqdan sonra bütün müttəfiq respublikalar öz müstəqilliklərini bərpa etdilər.Azərbaycan da elə.Əbülfəz Əliyevin xidmətləri olub.Bu xidmətlər Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsidir.Əbülfəz Əliyevin Kələkiyə getməsi,devrilmiş hakimiyyətin iddia müddəti başa çatanadək Kələkidə qalıb gözləməsi də bunu sübut edir......
Həyat yollarında tanınır İnsan, Zaman arayırda, seçirdə asan. Allah BƏYə rəhmət etsin.
Chox saq olun xeyli genish melumat aqldim Beyin elmi haqqinda.