Menu

"Tezliklə koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək" - ÜST

25.06.2020, 11:33
"Tezliklə koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək" - ÜST

“Yeni növ koronavirus pandemiyası Amerika qitəsinin çox hissəsində pik həddə çatmaqdadır”.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə direktoru Maykl Rayan deyib.

“Xüsusilə Mərkəzi və Cənubi Amerikada yoluxma çoxdur. Son bir həftə ərzində bir çox ölkədə yoluxmada 25-50% arasında artım var. Bu, narahatedicidir”, - deyə M. Rayan bildirib.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus təsdiqlənmiş yoluxma hallarını nəzərə alaraq, tezliklə dünyada koronavirus infeksiyasına yoluxanların ümumi sayının 10 milyonu keçəcəyini qeyd edib.

“Koronavirus böhranının ilk ayında 10 mindən az yoluxma barədə ÜST-ə məlumat verilmişdi. Sonuncu ayda təxminən 4 milyon yoluxmanın olduğu bildirilib”, - deyə ÜST-ün baş direktoru vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol