Menu

Bakıda narkotacirlər saxlanılıb

26.06.2020, 10:13
Bakıda narkotacirlər saxlanılıb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Rövşən Əsədzadə saxlanılıb. Saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı ondan 0,274 qram heroin və elektron tərəzi aşkarlanıb.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Badambar qəsəbəsi, 3 massivdə yaşayan 1987-ci il təvəllüdlü Mirzəağa Hüseynovun evində axtarış keçirilib. Axtarış zamanı onun həyətində xüsusi avrotexniki qaydada qulluq edilmiş 3 ədəd çəkisi 0,75 qram çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol