Menu

Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

26.06.2020, 21:20
Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 19 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 51198 şübhəli koronavirus testindən keçib, onlardan 1396-nın cavabı pozitiv çıxıb. Bu gün 1492 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5065 nəfər ölüb, 194511 nəfər bu infeksiyaya yoluxub, 167198 nəfər isə müalicə olunub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol