Saleh Müslimin qarşısına ciddi tələblər qoyulub
PKK-nın Suriya qanadı olan PYD-nin lideri Saleh Müslimin gizlicə Ankaraya gəldiyi ortaya çıxıb.
PYD lideri Saleh Müslim gizli səfəri zamanı, Türkiyənin Milli Kəşfiyyat Təşkialtı da daxil olmaqla, bir sıra qurumlarla görüşlər keçirib.
Saleh Müslimin bu səfəri baş nazir Əhməd Davudoğlu ilə PKK-nın siyasi qanadı olan Xalqların Demokratiya Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaşın görüşündən sonra baş tutub. Görüşdə Türkiyə tərəfi PYD-dən Suriya və dolayısı ilə Türkiyənin torpaq bütövlüyünə mənfi təsir edəcək hadisələrdən uzaq durmasını istəyib.
PYD lideri isə öz növbəsində Kobanini müdafiə edən kürd qüvvələrinə Türkiyənin lazımi dəstəyi verməməsindən şikayətlənib. Belə ki, kürd qüvvələri İŞİD-ə qarşı müdafiə olunmaq üçün əldə edəcəkləri silahların Türkiyədən keçirilməsini istəyirlər.
PKK-nın Suriya qolu olan PYD lideri Saleh Müslim təxminən 1 il əvvəl də Türkiyəyə səfər etmişdi. Lakin bu zaman onun Əsəd rejiminə qarşı konkret mövqe tutmaması Türkiyənin etirazına səbəb olmuşdu. Müslim bir müddət əvvəl Türkiyəni İŞİD-lə mübarizədə onları şantaj etməkdə və Suriyadakı müstəqil kürd hərəkatının qarşısını almaqda günahlandırmışdı. /anspress


Şərhlər