Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “haqqin.az”, “virtualaz.org”, “hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı.
“Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.
"AzPolitika.info"nun xəbərinə görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayaraq bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb:
"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır.


Şərhlər
Bu həmin Ofeliyadır ki, Hūquq və Insan Haqları Institutunda şöbə mūdiri işləyən zaman elmdən başqa hər işlə məşģul olurdu. Heç işə də gəlmirdi. Gələndə də işçilərə qan uddururdu. Çūnki direktoru yaxşı "görūrdū".
Ofeliyanın bacısı Yeganə Əbilhəsənova da AMEA-nın Zoologiya Institutunda işləyir. Elmlər doktoridur. Həmin institutun qadın şurasının da sədridir. Ailəliklə "alim"dirlər. Ofeliya da hūquq elmləri doktorudur. Ancaq adını dūz yaza bilmir.
Bu Ofeliya Əbilhəsən qızı Mahmudova 2014-cü ildən 2017-ci ilin nmoyabrına kimi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Milli Təhlükəsizlik vı erməni araçdırmaları şöbəsinin müdiri olub.