Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi xidmət orqanları belə nəticəyə gəliblər ki, Rusiyanın hərbi kəşfiyyatı «Taliban»la əlaqəli olan döyüşçülərə məxfi şəkildə pul təklif edib. Bu şərtlə ki, Əfqanıstandakı koalisiya hərbçilərini, o cümlədən, ABŞ-dan və Böyük Britaniyadan olan hərbi qulluqçuları öldürsünlər. "AzPolitika.info" xəbər verir ki, bu barədə «The New York Times» nəşri yazıb.
Qeyd olunur ki, amerikalılar bu məlumatları həm də döyüşçülərin dindirilməsi zamanı əldə ediblər. Ancaq hücum hədəflərinin hansı prinsip əsasında seçilməsi, pulun necə və harada ötürülməsi barədə hələlik ABŞ xüsusi xidmət orqanlarının əlində məlumat yoxdur. Amma bildirilir ki, taliblərə «mükafat» təklif olunmasında Moskvanın başlıca məqsədi Vaşinqtonla «Taliban» hərəkatının arasındakı danışıqları pozmaqdan ibarətdir.
Xəbərdə bildirilir ki, 2019-cu ildə Əfqanıstanda 20 ABŞ həbçisi öldürülüb Amma onlardan hansıların «mükafat» qarşılığında öldürüldüyü məlum deyil.
AzPolitika.info


Şərhlər