"FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNSUN ..." - “Heç kimə güzəşt olmasın, SMS icazəsi ləğv edilsin!"

“Son vaxtlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir”. Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, buna səbəb bəzi vətəndaşlar tərəfindən sanitariya və epidemiya əleyinə rejimin, sanitariya və gigiyena, karantin rejiminə ciddi riayət edilməməsidir: “Bu qaydalara bir sıra hallarda etinadsızlıq göstərilir. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə  deyib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, cərimələri daha da sərtləşdirməliyik.

Onun sözlərinə görə, bəzən bunu başqa cür qələmə vermək istəyənlər də var:“Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpik verib maska alsın və cərimə ödəməsin. Bu həm də onların sağlamlığının qorunmasıdır. Biz qanunu daha da sərləşdirməliyik. Bizim hər birimiz intizamlı olmalıyıq. Hesab edirəm ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Bunlar barədə ölçü götürülməlidir. Bəziləri hətta belə bir informasiyalar yayır ki, siz qanunu pozun cənab Prezident və Mehribar xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsini niyə Prezident və xanımı ödəməlidir?"

Siyavuş Novruzov çıxış edərək qoruyucu maska taxmayanlara qarşı cərimələrin artırılması barədə qanun layihəsini müdafiə etdiyini bildirib: “Bu, milli təhlükəsizlik, dövlət təhlükəsizliyi, ailə təhlükəsizliyi məsələsidir. Hər bir ailə dövlətin əsasını qoyduğunu nəzərə alsaq, hər bir məhv olan ailənin dövlətin sütunlarını sarsıtdığını da nəzərə almalıyıq. Təkcə cərimə ilə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq”.

Komitə sədri cərimələrin yüksək olmasına etiraz edənlərə də cavab verib: “Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat cərimə verməsin. Bu, onun özünün, ailəsinin təhlükəsizliyinin qorunmasıdır. Hüquqlar o vaxt məhdudlaşdırılır ki, digərlərinin hüquqları pozulur. Hər kəs çalışmalıdır ki, digərlərinin hüququnu pozmasın”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki,son 14 gün ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı 50 faiz artıb: "Bu, çox ciddi bir rəqəmdir”.

Onun sözlərinə görə, yoluxmanın sayının artması Azərbaycan səhiyyə sisteminə ciddi təzyiq edir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin “evdə həbs olunan” az sayda adama şamil olunduğu düşüncəsi yaranır. Əgər karantin rejiminə istər vətəndaş, istərsə də səlahiyyətlilər məsuliyyətsiz yanaşırlarsa, bunu tətbiq etməyin nə anlamı var? Onsuz da yoluxma sayında hansısa müsbətə dorğu dəyişiklik müşahidə edilmir...

Modern.az-ın mövzu ilə bağlı suallarını Milli Məclisin deputatı Fəzail Ağamalı da  bildirib ki, qaydalara riayət edilmədiyi üçün birmənalı olaraq, karantin rejimi daha da sərtləşdirilməlidir: “Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərməkdədirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbtən maskadan istifadə edən vətəndaşaların da sayı artıb. İndiki artımlar 15-20 gün əvvəl yoluxanlardır. Hansı ki, həmin vaxt vətəndaşların əksəriyyəti inanmırdı, maskadan istifadə etmirdi və s.

Buna baxmayaraq, düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik.

Bununla bağlı parlamentdə də öz fikirlərimi bildirəcəm. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir”.

Deputat qeyd edib ki, sərtləşdirilmələrin məqsədi insanların virusa yoluxmaması üçündür: “Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə, barələrində cinayət işi açılmalıdır. 1 milyarddan çox əhalisi olan Çin virusa qalib gəldi. Çünki heç kimə güzəşt edilmədi, qayda-qanun hamı üçün bərabər oldu”.

F.Ağamalı gün ərzində SMS vasitəsilə 2 saatlıq icazənin də əleyhinə olduğunu dilə gətirib: İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu Gürcüstan, Türkiyə, Avropa təcrüəbləri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyynləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedr. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa , “yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.

635x100

Şərhlər

İntiqam 2020-06-30 12:51:02

Görəsən Fəzaillə Siyavuşun arzusu yerinə yetirilsə fövqəladə vəziyyət elan olunsa onlar da bizim kimi evdən çölə çıxmayaıb 4 divarln içində oturacaqlar? Yoxsa gül çiçəkli villalarında oturub, yeyib içib kef edəcəklər? Ürəkləri istəyəndə də deputat icazəsi ilə istədikləri bölgələrə gedəcəklər? Millətin hüququnu qoruyanlara bir baxın e!

Elmar 2020-06-30 11:54:09

Əziz jurnalistlər, Gürcüstanda qalan vətəndaşlar var evlərinə dönə bilmirlər. Aylardı yollarda qalıblar. Bu barədə heç danışan yoxdu. Xahiş edirik bizim də problemimizi səsləndirin.

Eko 2020-06-30 07:46:20

Bu deputatlarin dediyleri sôzû, qulaqlari eshidirmi ? Insan ne qeder ôz milletini sevmemelidiki, bele sheyler desin ??!!!

Adil 2020-06-30 07:32:36

Aqilli bir teklif, vermek lazimdi ,,,,,.... Ister operatif qerarqah istersede obriler ,,,, Heyif cox heyif yaziq adamlaruq )))

Eko 2020-06-30 07:26:04

Bizim millete dûshman , lazim deyil . Fezailnen Siyavush bes eder.))))

Osman 2020-06-29 23:42:41

Belə idarəçilikdə nə vəziyyəti elan etsəniz nəticə oımayacaq.yanlışlıq əhalidə yox,işin təşkilindədir.Bir operativ Qərargahın tərkibinə diqqət edin.TƏBİB-in tərkibinə,iş təşkilinə baxın.Shiyyə Nazirliyini kənarda saxlamaq hansı məntiqə sığandır?Bunları edənlər niyə məsuliyyət hiss etmirlr.Əhali ilə belə davranmaq nə dərcədə doğru və qanunidir?Çünki x

Cəlal 2020-06-29 23:37:56

Dünyada pandemiyanın qızğın dövründə TƏBİB kimi zəif.qurum yaradaraq Səhiyyə Nazirliyini kənarda qoymaq nə qədər əsaslı idi?Niyə bu ölkə belə başsız-aqaqsız,səthi,məsuliyyətsiz idarə olunur?Səkiyyə parçalanlr,polis özbaşınalığı baş alıb gedir,bank sistemi çökür,ordu hərəkətsiz.torpaqlar işğalda və sair. Biz niyə ciddiləşə bilmitik?Aı bunun sonu yaxçı görünmür.tştəaəb

X 2020-06-29 18:34:54

Ya zelzeleden ya velveleden sifarisli deputatlar sizi biz secmemisikmki bilersiz ki coreyimiz suyumuz yoxdu. Hava Azerbaycan da pulsuzdu onu da qadagan edirsiz .....

Xanım 2020-06-29 17:59:54

Nə tez unutdunuz 25-26 il öncə yaşadığınız həyatınızı? Nə istəyirsiniz bu millətdən? Sizi bizə qənim gətiriblər Milli Məclisə? Bir dəfəlik canımızı alın da !!! Yayın günündı hava almağı da bizə çox görürsünüz.Nə vaxt millətin xeyrinə bir söz deyəcəksiniz? Xahiş edirəm yazdıqlarımı verin.

Xanım. 2020-06-29 17:54:21

Biz sizin kimi hovuzlu, bağçalı villalarda yaşamırıq. 1 otaqlı bina evində yaşayıram. Həftədə 2 dəfə küçəyə çıxarsam əgər acından ölməliyəm.? Mənim sizin arvadlarınız kimi nə sürücüm nə də qulluqçum var bazar dükana getməyə.

Xanım 2020-06-29 17:51:07

Nə yaxşı ki millət Siyavuşla Fəazilin ümidinə qalmayıb. Yoxsa bizi qıraradılar.

seçici 2020-06-29 17:25:26

hamısı təyin etdilər ancaq fəzailə xəlvəti mandat verdilər...

seçici 2020-06-29 17:23:58

Fəzail seçilmədi ki, şəraitdən istifadə edib ona yenə mandat verdilər

Vahid 2020-06-29 17:19:50

Bu da bizim deputatlarimiz! Bir agilli teklif yoxdur!

BAKILI 2020-06-29 17:12:33

Bunları parlamentden çıxarmaq lazimdir

Hekim 2020-06-29 16:52:55

Insanlar, ne qeder chox evlerde qapadilsa, bir o qeder chox xestelenecekler. Temiz hava, deniz- pandemiyanin sonu. Ciddi nezaret, mutleq maskanin taxilmasi, sosial mesafe. Mubarizenin en vacib shertleri. 35 derece istide evde otur ne demekdir? Villasi, bagi olmayan ne etsin? Danishanda mentiqle danishmaq lazimdir. Ne etseniz, xeyri yoxdur. Insanlarin bu qeder yoluxmasi serishtesiz qerarlar sebeb oldu-2 gunluk qapanma, filan kimi.

Şaiq 2020-06-29 16:50:34

Epidemiya haqqında epidemioloqlar danışsa daha yaxşı olardı. Akademik (epidemioloq ) Qundarovdan sitat: 1. Dünyadakı epidemioloji vəziyyət əvvəlki illərlə eynidir. 2.Karantin rejimi tətbiq etməyə heç bir əsas yoxdur.

Ağayev Ağahüseyn 2020-06-29 16:49:09

Cərmələr ləğv edilməli ƏHALİYƏ normal ərzaq və diğər zəruri məhsullarla təmin etməli,tibbi yardım vaxtında ğöstərilməli və ƏHALİ qarantin rejimində evdə oturmalı.Ayda 2000-3000 min azn alan əlavə kommersiyailə məşqul olan DEPUTATLAR aqzına ğələni danışırlar.BURA BAKIDIR HAMI BİR-BİRİN TANIYIR.KİM NƏ YUVANIN QUŞUDUR HAMI BİLİR.

ASLANOV 2020-06-29 14:48:45

Pandemiya ilə dövlət idariliyində oturanlar ciddi yanaşma sərgiləməlidrlər.Boşuna qarantin,fövqəladə vəziyyət heç nəyi dəyişməz!..TƏBİB olduqca sriştəsiz və aəif kadrlar olduğundan bu işin öhdəsindən gələ bilmzdilər.Səhiyyə naziriyi uzun illərdir getdikcə zəiflədildi,aıverqazanc mərkəzinə çevrildi.Orada ılazım kadr islahatı bilərəkdən aparılmadı.Tibb universitetində təhsilin vəziyyəti korlanmaqla brabər ölkə üçün lazım olan sayda ixtisaslar üzrə kadr hazırlanmadı.Bütün bunlar formal aparıldığından biz bu gün çıxılmaz vəziyytə düşdük.Guya bunu iqtidar anlamırdı? Sadəcə kimlərinsə,nəyinsə xatrinə ölkə belə hakla gətirildi.mBundan isə millətə zərb dəyir.Yalansytatistika insanları deyilənrə inanmamaa təhrik etdi.tiuSsübcis

t.ədalət 2020-06-29 14:44:32

Parlament hər kəsin əxlaqını çıxışları ilə göstərir.Ağıllı adamlar fikirləşib sonra fikir bildirirlər.Həmin fikirlər isə adamın əxlaqı səviyyəsində olur.F.Ağamalı bir vaxtlar F.Gülənin çağırışına qoşularaq parlamentdəki çıxışlarında vətəndaş nigahını təbliğ edirdi.İndi bu adamın kimliyini təyin etmək üçün təhlilə ehtiyac yoxdur.

Fazil 2020-06-29 13:28:12

Bizi beləcə ölümə məhkum edirlər

Adil 2020-06-29 13:04:25

Fəzail və onun qohum-əqrabaları bir-neçə sot yaşıllıqla əhatə olunan villalarda kef çəkirlər. Bu adam isə sadə və hər şeydən məhrum edilən insanların dörd divar daxilində aclıqdan, istidən zülm çəkməsini istəyir. Hətta Allahın bəxş etdiyi təmiz havanı belə insanlara çox görür. Bu adam ya xəstədir, ya da insanlığa qarşı qəddar. Belə münasibəti Allah da qəbul etməz.

Vətəndaş 2020-06-29 12:56:14

GESTAPO rejimi

ejder 2020-06-29 12:45:58

ANALOQU OLMAYAN ,TEYIN OLUNMUWLAR...DIPUTATLAR

kazpm 2020-06-29 12:45:07

navodite poryadok v trahsporte i marketax vinovati vi a ne lyudi.

F.Ağamalı - ya muraciet 2020-06-29 12:40:25

F.Ağamalı, insanlarin huquqlarini qorumaq senin borcundur !

ss 2020-06-29 12:20:56

https://www.instagram.com/tv/CB_KylHBKc2/?utm_source=ig_web_copy_link

Millət 2020-06-29 12:14:27

Millət nə günə qalıb ki Siyavuş kimi Fəzail kimilərinin sözləri ilə onu talehi həll olur. Onların özlərini türməyə soxmaq lazımdır ki millət onları seçmədiyi halda millətin adında danışmasınlar

Son yazılar