Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında növbəti görüş keçiriləcək.
“Report” xəbər verir ki, dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib.
Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında baş tutmuş öncəki görüşü ATƏT-in Minsk qrupunun iştirakı ilə aprelin 21-də keçirilib.


Şərhlər
.... 30 ile yaxindi danishiruq , Netice ???? ????????????????
Videoformatdırsa elə hər cümə prezidentlər, ədliyyə nazirləri danışsınlar?
Məmmədyarovun problemleri krizis həddinə çatıb. Korrupsiya və rüşvətxorluqdan can-bezar omuş bir qrup diplomat AR Prezidentinin Aparatına şikayət edib. Deyilənlərə görə, çikayətlərə baxılmaqdadır. Məmmədyarov isə onları işdən qovulmaqla hədələyib.
Yenə Məmmədyarovnəticəsiz,boş,"dlya qaloşki" ezamiyyətə pul xərcləyəcək.