Menu

Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu

30.06.2020, 11:34
Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu

Azərbaycanda iki vəkildə koronavirus aşkarlanıb.

“Report”un xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov sosial şəbəkədə məlumat yayıb.

Bildirib ki, VK-nın 2 vəkili koronavirusa yoluxub və onlar ev şəraitində müalicə olunur.

Məlumata görə, koronavirusa yoluxan vəkillər Çimnaz Eyubova ilə Ramin Hacıyevdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol