Amerika Birləşmiş Ştatlarında (ABŞ) ömrünün 95-ci ilində məşhur alim və «Vostok», «Vosxod», «Soyuz» daşıyıcı-raketlərin yaradılması üçün baza rolunu oynamış ballisik R-7 raketinin aparıcı konstruktoru Anatoli Daron vəfat edib.
«TASS» informasiya agentliyinin məlumatına görə, konstruktorun ölümü ürək-böyrək çatışmazlığı səbəbindən baş verib.
Daron 1926-cı ildə Odessada anadan olub, 1948-ci ildə Moskva aviasiya institutunu bitirib. Demək olar, 50 il «Enerqomaş» Elm-İstehsalat Birliyində aparıcı konstruktor kimi çalışıb.
Alim 1998-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb və ailəsi ilə birlikdə orada yaşayıb.
AzPolitika.info


Şərhlər