Menu

Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

01.07.2020, 21:24
Bakıda yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Paytaxtın Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

BŞBPİ-dən verilən məlumata görə, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1- ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Şərhlər

vetendas 2020-07-02 01:37:29

Polis yaxsi edib. Xesteliyi qesden bile-bile yayan, qesden maska taxmayan, mesafe saxlamayan vetendaslariniz coxdur. Mecburiyyetden Markete apteke ve diger qapali yerle gedende olumle uz-uze qaliriq.Mesafe saxla sozunu deyende kobud cavab verirler.Onlari tutmaq agir ceza vermek haqq isidir, edaletlidir. Ele sexlere gore bu gun coxumuz evde pulsuz ishsiz oturmaga mecbur olmushuq.

Eko 2020-07-01 22:45:38

Hardasan ay Stalin !!!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol