BÜTÜN CƏMİYYƏTLƏRDƏ POLİSƏ EHTIYAC VAR

Şəmsəddin Əliyev

Polis və müharibə veteranı


(Qarşılıqlı münasibətlərin tənzimlənməsinə akademik baxış)

“Hər cür həqiqət barədə susanda o zəhərə dönür”

Fridrix Nitsşe

İstənilən dövlət, cəmiyyətin siyasi elitası hakim olduğu müəyyən coğrafi məkanda hüquq qaydalarını və sabitliyi təmin etmək üçün ixtisaslaşmış idarəçilik aparatı vasitəsiləinandırma vəməcburetməmetodundan istifadə etməyə ehtiyac duyur. Dövlətin özünəxas beləəlaməti ümumməcburi xarakterli normativ hüquqi aktların qəbul olunmasını, dövlət orqanları sistemində ixtisaslaşmış bir təşkilatın mövcudluğunu tələb edir. Beləliklə, dövlət suverenliyinin bərqərar olduğu ərazidə qanunçuluğun və ictimai asayişin mühafizəsi xüsusi bir dövlət orqanının təsisatını tələb edir. Alternativ yol yoxdur.

Əks təqdirdə “inşa”edilən dövlətin özülü kağızdan düzələn evcik kimi külək səmtinə sovrulub dağılar. Həmişə belə olub və belə olacaq. Böyük şərq mütəfəkkiri Nəsrəddin Tusinin təbirincə ifadə etsək: “Dövlət, çılpaq qadın kimi hər yoldan ötənin üzünə açıq ola bilməz...” ifadəsi bu gün də təravətini itirməyib.

Demokratik prinsiplərin qərar tutduğu müasir dövlətlərdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı dövlətlərin ali məqsədi olaraq ehtiva edilir. Bu mənada insan hüquqları dövlətin digər dövlətlərə, habelə dünya ictimaiyyətinə olan münasibətdə xarici siyasətin ayrılmaz tərkib hissəsini təşkil edir.

1948-ci il Ümumdünya İnsan Hüquqları haqqında Bəyanamədə hamılıqla tanınan “İnsan hüquq və azadlıqlarına hörmət” prisipi Beynəlxalq hüququn subyekti sayılan dövlətlərə - İlk növbədə: İnsan hüquq və azadlıqlarının toxunulmazlığını və özgəninkiləşdirilə bilməməsinin birbaşa qüvvədə olmasını nəzərə almağı; ikincisi: Dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmadan və heç bir ayrıseçkiliyə yol vermədən bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi tövsiyə edilir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi funksiyası və hüquq qaydalarının qorunması bəşəriyyət tarixindən bəlli dörd dövlət tipinin (quldarlıq, feodalizm, kapitalizm və sosializm) hüquq-mühafizə orqanlarının sistemli fəaliyyətinin əsas qayəsi olmuşdur. Bu gün də hansı ictimai-iqtisadi formasiyada yaşamağımızdan və hakimiyyətdə hansı komandanın “hakimi mütləqliyindən” asılı olmayaraq belədir. İnsan hüquqları toxunulmaz, pozulmaz və ayrılmaz prinsiplərlə bəşəri dəyərlər sırasında yer alır.

Müasir dünyada beynəlxalq hüququn subyekti olan ölkələrinin əksəriyyəti hüquqi dövlət quruculuğu yolu ilə inkişaf edir. Konstitusion nəzəriyyəyəəsasən hüquqi dövlətlərdə insan hüquq və azadlıqlarının mühafizəsi vətəndaş cəmiyyətinin normal inkişafının təmin etməsilə xarakterizə olunur. Yəni, ictimai qaydanı qorumaq, vətəndaş cəmiyyətinin bazisini təşkil edən ictimai təhlükəsizliyinin təmini ilə sıx bağlı olduğundan, ictimai münasibətlərə ziyan vuran, insanların həyat və sağlamlıqlarına, əmlaklarına yönələn qəsdlərin qarşısını almaq da bura daxildir.

İctimai təhlükəsizlik qaydalarına riayət etmək fərdlərin bir-birilərinə olan münasibətlərə dəyər verməkdən keçir.

Vətəndaş cəmiyyəti institutları maarifləndirmə yolu ilə hüquq qaydalarının təmin olunmasını arzu olunan həddə həyata keçirə bilməyəndə, təbii ki, bu funksiyanı hamını qane edəcək formada dövlət və onun hüquq-mühafizə orqanları həyata keçirir.

Bu “tənzimliyici və qadağanedici” funksiyaların icrası hüquq-mühafizə orqanlarının qarşısında duran əsas –başlıca missiyasıdır.

İctimai qaydanın mühafizəsi və ölkə daxilində təhlükəsizliyin təmini formaca və məzmunca dövlətin ixtisaslaşmış orqanlarının fəaliyyətinə aid edilir.

Nəzəri baxımdan yuxarıda qeyd etdiyim mülahizələrə söykənərək dövlətin ixtisaslaşmış qurumu kimi polis, aşağıdakı funksiyaları yerinə yetirir:

a)Dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini ,

b)Şəxsiyyətin qanuni maraqlarının, hüquq və azadlıqlarının mühafizəsini və müdafiəsini təmin etmək;

c)Şəxsin hüquq və azadlıqlarının habelə, vəzifələrinin həyata keçirilməsinə şərait yaratmaq;

d)Cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni-mənəvi əsasının mühafizəsi və müdafiəsini təşkil etmək;

Bu məqəsdlə polis digər hüquq-mühafizə orqanları ilə birgə, ictimai qaydanın mühafizəsini həyata keçirir, vətəndaşların şəxsi təhlükəsizliyini və ictimai təhlükəsizliyi təmin edir, profilaktik tədbirlər həyata keçirir, ictimai qaydaların pozulmasının qarşısını alır, qaydanı pozanları məsuliyyətə cəlb edir vəəlavə funksiyaları yerinə yetirir.

Hüquq-mühafizə orqanları fəaliyyətlərində aşağıdakı əsas prinsipləri rəhbər tuturlar:

1)Qanunçuluq prinsipini- bu prinsipin iki aspekti var; ictimai qaydanın mühafizəsi üzrə tədbirlər həyata keçirilir, hüquqlar müdafiə edilir və cəmiyyətin, habelə dövlətin maraqlarını, vətəndaşların azadlıqları qorunur. Digər tərəfdən, hüquq-mühafizə orqanlarının bütün fəaliyyəti qanuna və qanunçuluğa əsaslanmalıdır.

2)Şəxsin hüquq və azadlıqlarının təmini prinsipini - Yəni, hər bir insan təbii, ayrılmaz, pozulmaz və toxunulmaz hüquq və azadlıqlara malikdir. Hüquq-mühafizə orqanları insanları bu sahədə mühafizə edir-ayrıseçkilik hallarına yol vermədən bu bəşəri dəyərlərin qorunmasını həyata keçirir.

3)Demokratizm prinsipi də mühüm bir prinsipdir. Yəni, hüquq –mühafizə orqanlarının fəaliyyətinə ictimai nəzarətin mümkünlüyü. Mühafizəyə təhkim olunmuş əməkdaşlar, xalq və ictimaiyyət qarşısında işləri barədə hesabat xarakterli çıxışlar, məruzələr edir, bu həm dəəhalinin cinayətkarlıqla mübarizədə dövlətin hüquq- -mühafizə orqanlarına –polis orqanlarına dəstəyin təminini şərtləndirə bilər.

4)Aşkarlıq prinsipini-Əhalinin hüquq-mühafizə orqanlarına yaxınlığı və yaxud da əksinə, vəzifələrin icrası aşkarlıq və ictimai rəyin hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir edə biləcəyi, nüfuzun artmasını əngəlləyə biləcək səmtə yönəltməyi nəzərdə tutur.

İstənilən sosial sistemin, hüquq-mühafizə sisteminin funksiyasının əsas şərtlərindən biri onun tərkib hissələrinin ümumi məqsəd və maraq naminə səmərəli fəaliyyətinə nail olmaqdan ibarətdir. Polisin, hökumətin digər qurumları ilə qarşılıqlı əlaqəsi norma yaratma, hüququn icrası və hüquq –mühafizə orqanlarının birgə fəaliyyətinin qanunvericiliklə nəzərdə tutulan vəzifələrin icrasına səmtlənən (hüquq-mühafizə) funksiyaların həyata keçirilməsilə ümumi marağa xidmət etmək təşkil edir..

Polis, hakimiyyət səlahiyyətlərinə malik dövlət strukturunun bir hissəsidir. Səlahiyyəti daxilində özünəxas, təşkilati - hüquqi vəzifələrin və funksiyaların, ictimai təhlükəsizliyin və ictimai qaydanın, vətəndaşların qanuni maraqlarının, hüquq və azadlıqlarının müdafiəsini, habelə mülkiyyətin bütün növlərinin toxunulmazlığını təmin edən, hüquqpozmaların xəbərdarlığını, profilaktikasını həyata keçirən, baş verə biləcək cinayətlərin qarşısını almaq və törədilmiş cinayətlərin isti izlə açılmasını təmin etməli olan bir qurumdur.

Polisin cinayətkarlıqla mübarizədə dövlət orqanları və cəmiyyətlə qarşılıqlı fəaliyyəti, bu sahədə mövcud problemləri müxtəlif mənbələr təhlil etmiş, qəbul olunan ümumi əlamətlər tövsiyə xarakterli olsa da, aşağıda diqqət çəkən istiqamətlər var:

1.Qarşılıqlı əlaqə - bu, müxtəlif orqanların, subyektlərin razılaşdırılmış birgə fəaliyyətin birgə həyata keçirilməsi; Razılaşma qarşılıqlı fəaliyyətin əsas və zəruri əlaməti kimi tərəfləri vahid məqsədə -sistemə səfərbər etməkdir.

2.Qarşılıqlı fəaliyyətin çoxsubyektliyi. Yəni razılaşdırılmış birgə fəaliyyətdə minimum iki tərəfin iştirakı. Tərəflərin hər biri birgə fəaliyyətdə bir neçə iştirakçı ilə təmsil oluna bilərlər.

3.Subyektlərin güc birliyi- subyektlər arasında əməkdaşlıq münasibətlərini müəyyən edir.

4.Qarşılıqlı fəaliyyət- Bu, tərəflərin təşəbbüsü olmadan mümükünsüzdür. Çünki, bir tərərfin iradəsi qarşılıqlı fəaliyyət üçün kifayət etmir.

5.Tərəflərin bərabərliyi, subordinasiya mənasında bir-birindən asılı olmaması. Qarşılıqlı fəaliyyət əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

6.Qarşılıqlı fəaliyyətin qanunnauyğunluğu. Polisin iyerarxik strukturuna uyğun olaraq qarşılıqlı fəaliyyət 4 mərhələdə həyata keçirilir.

- Ölkə daxilində bu fəaliyyətin həyata keçirilməsi özündə təşkilatçılığı və qarşılıqlı fəaliyyətin tədqiqini əks etdirir. Burada qarşılıqlı fəaliyyətin subyekti qismində Daxili İşlər Nazirliyi, DTX, Gömrük Komitəsi, Vergi Orqanı, Baş prokurorluq və onların rəhbərləri çıxış edə bilərlər. Bu səviyyədə təşkilati qərarları Daxili İşlər Naziri, onun müavinləri və Nazirin formalaşdırdığı kollegiya qəbul edir.

-Ərazilər üzrə qarşılıqlı fəaliyyəti DİN-nin Baş idarələri və idarələri həyata keçirirlər.Təşkilati qərarları bu səviyyədə Baş idarə və idarə (şöbə) rəisləri digər hüquq- -mühafizə orqanları ilə razılaşdırılaraq əməkdaşlıq çərçivəsində həyata keçirir.

- Yerli səviyyədə Rayon polis şöbələri həyata keçirirlər. (Digər yerli orqanlarla və digər icra orqanlarının yerlərdəki şöbələri ilə)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ictimai qaydanın və təhlükəsizliyin mühafizəsini, cinayətkarlıqla mübarizənin təşkilini dəqiq fəaliyyət istiqamətləri üzrə həyata keçirir. Bu missiyada fərqli fəaliyyətə malik dövlət orqanları da iştirak edir, cəmiyyətin həyat fəaliyyəti sahəsində müxtəlif funksiyaları yerinə yetirən müəssisə və təşkilatlarin rolu var.

Beləəlaqələrin möhkəmləndirilməsi və inkişafı obyektiv reallıqdır, qanunauyğundur və təbii ki, müvafiq normativ –hüquqi bazanın üzərində qərar tutur.

Polisin cəmiyyətin müxtəlif təbəqəsilə hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətinə dair əsas istiqamətlərinə;

-Hüquqpozmaları doğuran səbəb və şəraitin öyrənilməsində birgə iştirak;

-Qarşılıqlı maraq kəsb edən informasiyaların mübadiləsi;

-Hüquq qaydalarının gücləndirilməsi məsələləri üzrə birgə təkliflərin (tövsiyələrin) hazırlanması;

-Hüquqi təbliğat sahəsində birgə tədbirlərin keçirilməsi, hüquq qaydalarının təminində vətəndaşların iştirakı, ictimai nəzarətin təşkili;

Hüquq qaydalarının təmin edilməsində iştirak etmək istəyən könüllülərlə müqaviləəsasında Post Patrul Xidmətinə cəlb etməyin də vaxtı çatıb. Polisin əməliyyat gücü ilə bağlanmayan ərazilərdə həmin könüllülər, hətta fövqəladə şəraitlərdə gecə vaxtlarında da PPX ilə təsdiqlənmiş dislokasiya üzrə asayişin mühafizəsinə cəlb etmək mümkündür.

Bir aktual məsələ də var. Bu hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əlaqədə işləməsidir. Amma KİV əməkdaşlarının kriminal mövzulara dair məlumatın hazırlamasında və yayılmasında jurnalistlərin bilik və bacarığı problem olaraq qalır.

Kriminogen şəraitin ölkədəki sosial və iqtisadi faktorlarla bağlılığı bəzən yanlış və ya təhrif olunmuş formada, həqiqət pərdələnməklə yayılır.

Statistik məlumatlardan bəlli olur ki, cinayətkarlıq artır, bəzi dövrlərdə və yerlərdə “gəncləşir”. Bu cəmiyyətin təbii halıdır. Çünki, cəmiyyətin heç vaxt cinayətdən və cinayətkarlıqdan doymuş həddi olmamışdır. Zaman, dünya dəyişdikcə cəmiyyətdə fərdlərin davranışları da dəyişir. Dəyişiliklər bütün zamanlarda ictimai orqanizmə ziyan vurub. Bunu dərd etməyə dəyməz. Yetər ki, mübarizə qurumları ayıq, çevik, əhali ilə işləyə bilsin və prinsipal olsun. Cinayətlərin artımı və “gəncləşməsi” səbəblərinə jurnalist təqqiqatında həmişə aydınlıq gətirilmir və yaxud, miqrasiyanın cinayətkarlığın və cinayətlərin artımında rolunu qeyd etməməklə cinayətkarlıqla mübarizənin obyektiv mənzərəsini görmək çətin olur. Ona görə də hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri və KİV, kommunikativ prosesin bütün iştirakçıları üçün qarşılıqlı fəaliyyəti vacibdir: Hüquq-mühafizə orqanları, daha çox DİN “KİV-lərin və (vətəndaş) cəmiyyətin(in) cinayətkalıqla mübarizədə rolu”na dair layihələrin icrasına müntəzəm yer ayrılmalı, KİV-lərin bu sahədə ixtisaslaşması üçün seminar-təlimlər keçirilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Daxili İşlər orqanları ilə KİV-lər arasında qarşılıqlı əlaqənin inkişafı, konfidensiallıq təşkil edən məlumatlar istisna olmaqla digər ictimai əhəmiyyət kəsb edən məlumatların əldə edilməsində və yayılmasında çətinliklər yoxdur. İnformasiya aşkarlığı var. DİN-in Mətbuat Xidmətinin məlumatları korrektlidir, cinayətkarlığın vəziyyətini əks etdirən informasiyalar ictimai rəydə çaşqınlıq yaratmır, digər hüquq-mühafizə orqanlarının mətbuat xidməti ilə qarşılıqlı bağlılıq var. Bu ümumi marağın təzahürü, ictimai rəyin düzgün formalaşdırılmasına təsir edə biləcək çevik reaksiyadır.

İnformasiyaların şəffaflığı və aşkarlığı bəzən digər xəbər portalları üçün sui- -istifadələrə yol açır. İnternet şəbəkələrdə mənbəyi və məzmunu DİN-nin və yaxud digər hüquq-mühafizə orqanlarının mətbuat xidmətinin məlumatları ilə uzlaşmayan və yaxud, həqiqətə söykənməyən, qarşı tərəfin münasibəti öyrənilmədən informasiyaların yayılması, ictimai rəyi çaşdıra, bəzən dəəks məcraya yönələdə bilir. DİO, DTX özünün fəaliyyət istiqamətlərinə görə spesifik hakimiyyət səlahiyyətlərinə malik orqanlardır. Bu orqanların xidməti funksiyaları ilə bağlı informasiyaların əldə olunması səhih mənbələrə söykənmirsə,onun yayılması arzuolunmazdır. KİV-nin nümayəndələri bunun fərqində və məsuliyyətində olmalıdırlar.Əks halda cinayət qanunvericiliyi ilə təqib oluna bilərlər.

Polis orqanlarının xidməti fəaliyyətindəki uğurlu nəticələr biləvasitə ictimaiyyətin,müasir anlamda daha çox vətəndaş cəmiyyətinin bu missiyada iştirakı ilə mümkün olur.QHT-lərə Dövlət Dəsytəyi Şurası əhalini maarifləndirmək,cinayətlərin xəbərdarlığı və profilaktikası məqsədilə müəyyən layihələri maliyələşdirir,polis orqanlarına dəstək olur.Vətəndaş cəmiyyətinin dövlət və hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti bu sahədə siyasətin formalaşdırılmasına və icrasının təmin edilməsinə imkan verir.

Qarşılıqlı fəaliyyətin əsas formaları, təşkilati, profilaktik və hüquqtətbiqetmə formasında həyata keçirilməsi fayda verir. Sabitliyin hamılıqla qorunmasına maraq və vərdiş yaranır, vətəndaş məmnunluğu ifadə olunur.

Həm polis orqanlarında, həm də çevrəsində ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətin müəyyən edilməsi, belə fəaliyyətin dairəsinin öyrənilməsi, yaranan problemlərin aradan qaldırılmasında polisin rolu və yeri, qərarların qəbulunda ictimaiyyətin rolu, qarşılıqlı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin təşkilinə dair birgə qərarların qəbulu, birgə proqramların və iş planının hazırlanması, qarşılıqlı fəaliyyətin nəticələrinin KİV-də geniş işıqlandırılması, əhali arasında təbliğat işinin aparılması, tərəflərin(maraqlı tərəflərin) fəaliyyətin təhlilinə nəzarəti ümumi maraq baxımından xeyirlidir. Vətəndaş cəmiyyəti bu istiqamətdə olan layihələrin icrasında səriştəsi var və birgə fəaliyyətə hazırdır.

Polisin və vətəndaşların qarşılıqlı əlaqəsi aşağıdakı prinsiplərə riayət olunmaqla da həyata keçirilə biiər:

Güclərin konsolidasiyası və hüquq qaydalarının təmin edilməsinə dair qərarların qəbulunda razılıq;

Polisin əhaliyə göstərdiyi xidmətin keyfiyyət və kəmiyyətinə görə ictimaiyyət qarşısında hesabatlılığı;

Polisin fəaliyyətində aşkarlıq vəəlçatanlıq (normativ-hüquqi və təşkilati-idarəçilik əsasına bələd olma , konfidensiallıq qorunmaqla)

Mənə, iyun ayinin ilk dekadasında Yasamaldakı məlum olayın sosial şəbəkələrdə yayılması ilə bağlı çoxlu suallar verilir.TV və radiolara, youtube kanallarına dəvət olundum... Bu məqsədli idimi? Razılaşmaqda çətinlik çəkirəm. Belə qənaətdəyəm ki, cəmiyyətin özünə xas, birmənalı qarşılanmayan düşüncəsində polisin vətəndaş məmnunluğu ilə ifadə olunan, uzun illər, çətin xidmət nəticəsində formalaşmış imicinə qəsdən ziyan vuruldu. ”Əməliyyat çəkilişi” əməliyyat istifadəsi üçün nəzərdə tutulmuşdu, yayılmamalıydı, amma yayıldı, izləyicilərin dairəsi böyüdü. Polisin müdafiəsinə “qalxanlar”ı aşağıladılar. Bunu, bizim polisin ermənilərə qarşı döyüşlərdə qazandığı qəhrəmanlıq səlnaməsinə birbaşa qəsd adlandırıram. Nəticə: “Çevik qrupa təlimat düzgün verilməmişdi.” Kadrlar belə deməyəəsas verir.

Tarixdə imperiyaların, kralların, sosialist dövlətlərinin idarəçilik üsul-idarəsində həmişə çatışmazlıqlar, sui-istifadələr, qusurlar olub. İşləyən kollektiv səhvlərdən və yanlış qərarlardan xali deyil. Amma,o səhvləri böyütməyə, cəmiyyətə yanlış rakursdan təqdim etməyə gərək yox. Çoxminli Azərbaycan Polisinin də digər dövlət qurumları kimi fəaliyyətlərini yüksək hüquqi qüvvəyə malik ölkə Konstitusiyasına və hamılıqla tanınmış beynəlxalq normalara uyğun həyata keçirərkən xidməti xətalara yol verməsi mümkün haldır. Lakin, heç kimin zərrə qədər şübhəsi olmasın ki, Polis əməkdaşının xidmətindəki xətalar, sui-istifadələr, hətta ən kiçik səhvlər belə kollegiyanın diqqətindən kənarda qalmır.Heç nə və heç kim unudulmur. Əməlin dərəcəsinə müvafiq məsuliyyətə cəlb olunurlar. Sadəcə, spesifik xidməti səlahiyyətə malik DİN, bu barədə olan araşdırmaların və görülən tədbirlərin nəticəsi barədə ictimaiyyətə geniş məlumat vermir.

Beləliklə, zamanın dəyirmanı fırlanmaqda davam edir. Aşağıda duran yuxarı, yuxarıda duran isə aşağıya yuvarlanır. Dünya da beləcə dəyişir. Dünən səhv sandığımız, bu gün həqiqət olur. İnsanların şüur və düşüncələrində də dəyişikliklər baş verir. Amma, bəzən bu dəyişikliklərə KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar təsirsiz ötüşmür. Yayılan informasiyalar cəmiyyətin müəyyən həssas qrupunu məcrasından kənara çəkə, bəzən dəəksinə, haqq yola qaytara bilər.

2 iyul Azərbaycan polisinin yaranmasının 102-ci ildönümü qeyd olunur. Çox təəssüf ki, pandemiya dövrünün tələbinə uyğun qeyd edəcəyik. Axı, polisin özü, bu karantin rejimi qaydalarını qoruyan xidmətin canlı iştirakçısı və həm də “qurbanlarındandır.” Gəlin, birlikdə bu bayram ərəfəsində çoxminli Azərbaycan polisinin Ali rütbəli elitar qulluqçularını, yüksək rütbəli zabitləri, sıravi heyəti-bir sözlə asayişin mühafizəsilə bağlı xidmətini davam etdirən bütün şəxsi heyəti səmimi qəlbdən təbrik edək, onlara çətin, lakin şərəfli xidmətlərində səbr, dözüm, sədaqət və cəsarət, çətinliklərə tab gətirmək üçün Uca Rəbbimizdən hər birinə sağlam həyat arzulayaq. Heç vaxt həddi aşmağa şərait yaranmasın!

Ermənilərə qarşı döyüşlərdə yüksək şücaət göstərərək canını vətən uğrunda fəda etmiş ilk MİLLİ qəhrəmanımız da Polislərin sırasındadır. Şəhidlərin ruhu şad olsun!...

Bayramınız mübarək! ALLAH millətimizi qorusun!

Şərhlər

ejder 2020-07-06 04:10:57

aye,polisin qaranti var,QANUN WAH DEYIL,,WAH,,QANUNDU

Şəmsəddin 2020-07-03 16:30:39

Ağahüseyn müəllim!Reaksiyanıza görə təşəkkü edirəm,Sizin iradlarınızı DİN-ə çatdırdım.Sağ olun.

Van Gogh 2020-07-03 12:52:00

Xalq polisi çox yaxşı tanıyır. Ona görə də...

Ağayev Ağahüseyn 2020-07-02 17:53:16

Şəmsəddin müə.Bu ğün mən LÖKBATAN qəs-dəki 19-saylı poliklinkaya ğetmişdim Xəstələrin əksəriyyəti və tib persanalın coxu maskadan qaydasında istifadə etmir.Bu yoluxmanı artırır xəstə kimi müracət edənlərin coxu BALNİŞNİ alverciləridir həkimə pul ğtürür oda ğz işin ğörür.Hara baxır buna məsul olan BEQİRYƏTLƏR.102-zənğ etdim 15-dəqiqə dedi növbəni ğözlə.Ğəldim 10-cu polis bölməsinin yanına orada DAXİLİ QOŞUNLARIN 10-yaxın işcisi var idi Komandirə dedim və baxdım onun işcisinində 2-də maska yoxdur.Buda bizim polis.Zənğ etdim RİHB-nın 1-müavininə cavab vermədi ,10-bölməyə zənğ etdim saq olsun orada normal bir adamla danışa bildim və olanları ona dedim tədbir ğörüləcəyinə söz verdi.XATIRLADIM Kİ,MƏN BU RAYONUN 10-İL rəhbərliyində calışmışam bu adamları mən ğörməmişəm.Elə bil eyni vaxtda bütün dünyanın PİS VƏ BƏD ADAMLARINI bir yerə yıqmışdın.BUNUN ğünahkarı kimdir.RAYON RƏHBƏRİ, TƏBİB,POLİS,buna cavabdeh olan HAMI.NİYƏ ƏVVƏLLƏR BELƏ DEYİLDİ NƏ OLDU BU MİLLƏTƏ.,

t.ədalət 2020-07-02 11:59:54

Polisi gözdən salan hakimiyyətin quldur və oğru məmurlarıdır.Həmin quldur və oğru məmurların cinayətləri ört-basdır edilir deyə polis öz vəzifəsinin icrasını yerinə yetirə bilmir.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.