Piylənmə beyinin işinə çox neqatv təsir göstərir - xüsusilə də yaşlı adamlarda. Britaniyalı tədqiqatçılar bu nəticəyə gəliblər. Tədqiqatın nəticələri «International Journal of Epidemiology» nəşrində dərc olunub.
Ekspertlər müəyyən ediblər ki, piylənmədən əziyyət çəkən qocalarda ağıldankəmliyin inkişafı 30 faiz yüksək olur. Alimlər xəbərdarlıq edirlər - piylənmə epidemiyası sürətlənir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda Alsheymer xəstəliyi və qocalıq kəmağıllığının digər formaları dünyada 50 milyon insanı narahat edir.
Bununla bərabər, 2030-cu ilə həmin göstərici 75 milyona yüksələ bilər. Ekspertlər qeyd edirlər ki, hazırkı yüzillikdə qocalıq kəmağıllığı bəşəriyyət üçün ən böyük problemlərdən birinə çevriləcək.
Bundan əvvəl məlum olub ki, televizor qarşısında yuxulayan qadınlar daha sürətlə piylənirlər.
AzPolitika.info


Şərhlər