ASİM MOLLAZADƏ DTX-nin SAXLADIĞI QOHUMUNDAN DANIŞDI - XİN-nin İşlər İdarəsinin müdiri işləyirdi

“Fərhad Mollazadə ilə qohumluğumuz var. Lakin o, hökumətin adamıdır və bizim fərqli siyasi baxışlarımız olduğuna görə uzun müddətdir ki, əlaqəmiz yoxdur”. Bu sözləri Musavat.com-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində ( XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə barəsində danışarkən bildirib.

Deputat qeyd edib ki, F.Mollazadə ilə qohum olsalar da, heç bir əlaqələri və münasibəti yoxdur, onun saxlanması xəbərini mediadan eşidib.

Qeyd edək ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir.

DTX-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

vidadi goyce 2020-07-09 09:50:36

metamorfoza

OXUCU 2020-07-04 22:12:56

ƏYƏR FƏRHAD MOLLAZADƏNİ YÜKSƏK VƏZİFƏYƏ QOYSAYDILAR İKİƏLLİ DEYƏSİYDİ Kİ,MƏNİM QOHUMUMDUR.ASİM MOLLAZADI ÖZÜ DƏ SAXTA DEPUTATDIR,XALQA,DÖVLƏTƏ BİR QƏPİKLİK XEYİRİ OLAN İNSAN DEYİL.BUNA DEYƏRLƏR ORTADA YEYİB QIRAQDA GƏZƏN.UTANMIR DEYİR MƏNİM QOHUMUM DEYİL.

Dronqo 2020-07-04 15:36:17

Parlamentdə Məmmədyarova gizlincə siyasi dəstəyi təşkil edən şəxslərdən biri Asim Mollazadədir. Mollazadə də, Məmmədyarov da bolşevik şinelindən çıxanlardırlar, Asimin ABŞ-da yaşayan qardaşı Məmmədyarovun ABŞ-da yaşayan ailəsi ilə əla münasibətlər saxlayır. Odur ki, Asim Mollazadə yalan danışır. Bunlar arasında əlaqə təminedən şəxs isə Fərhad Mollazadə idi.

Adil 2020-07-04 10:58:57

Aha....

Eko 2020-07-04 07:00:38

Aha...

Ağayev Ağahüseyn 2020-07-04 06:53:51

Bu CIRTDAN partiyaların üzvüləri yalnız AİLƏ üzvülərindən ibarətdir.BELƏ PARİYALARIN EL ARASINDA BİR ADI VAR .YALTAQLAR PARTİYASI.

Əliabbas 2020-07-03 19:10:11

Buna yaxasını kənara çəkmək deyilir.Elə Mollazadə özü də fiktiv partiya sədri adı daşıyır ....

Əli 2020-07-03 17:24:09

dəhşətdi

Son yazılar