Menu

“Bavariya” Almaniya kubokunu qazandı

05.07.2020, 01:23
“Bavariya” Almaniya kubokunu qazandı

Münhen "Bavariya"sı Almaniya kubokunun finalında Leverkuzen "Bayer"i ilə qarşılaşıb.“Report” xəbər verir ki, görüş Berlinin "Olimpiaştadion" stadionunda keçirilib.

Matç "Bavariya"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya"nın hücumçusu Robert Levandovski dubl edib. Qolları həmçinin David Alaba və Serj Qnabri vurub. “Bayer”in heyətində Sven Bender və Kay Haverç fərqlənib.

Bununla da "Bavariya" 20-ci dəfə Almaniya Kubokunu qazandı. Münhenlilər turniri ikinci dəfə ardıcıl udublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol