Menu

Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında ölüb

05.07.2020, 21:51
Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Azadlıq prospektində, Mərkəzi Bankın qarşısında qeyd alınıb.

Belə ki, "Wolt" şirkətinin əməkdaşı İbrahim Cəfərovun idarə etdiyi motosiklet digər avtomobillə çırpılıb. Nəticədə İ.Cəfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol