Menu

Koronavirusa yoluxan professor Yeni Klinikaya yerləşdirilib - Tapşırılandan sonra

06.07.2020, 11:32
Koronavirusa yoluxan professor Yeni Klinikaya yerləşdirilib - Tapşırılandan sonra

Koronavirusa yoluxan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib.

Deputat İ.Abbasovla danışdığını və onun müalicəsinin Yeni Klinikada davam etdiyini bildirib:

“Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da xəstəxanaya yerləşdiriləcək”.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə şöbə müdirinin səhhəti ilə aidiyyəti qurumların maraqlanmadıqları barədə fikirlər səsləndirilirdi.

Xatırladaq ki, ötən gün İnstitutun mətbuat xidmətinin yaydığı açıqlamada şöbə müdirinin səhhəti ilə bağlı məsələnin AMEA rəhbərliyinin diqqətində olduğu bildirilib: "AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər".

Qeyd edək ki, İdris Abbasovun dünənə qədər klinikaya yerləşdirilməsindən imtina edilirdi. Onun bu barədə sosial şəbəkədə yazdığı statusu geniş müzakirələrə səbəb olmuşdu:

"İlahi, 10 nəfər 4 gündür məni klinikaya yerləşdirməyə çalışır. Alınmır. Mənə zülm edilir. Mənə Allah yetər. Qaytarın evə müalicəmi davam edim .1 saata yaxın təcili yardımda saxlayıblar. Xəbər gəlir yer yoxdur. Deyirlər ancaq tapşırıqladır. Ölüm bundan şərəflidir. Mən vallah istəmirəm artıq. Tövbə edirəm. Bu münasibətdən sonra mənə heç bir dərnanınız kömək etməyəcək. Demək, gözləyirlər məni tapşıracaqlar. Tapşırılmayan öləcək. Mənim Allahıma sığınıram və qismətim! Başım gicəllənir. Gəlməyə də bilərdim, çünki 4 gündür başıma bu oyunu gətirirlər. "

Şərhlər

Xalq 2020-07-06 14:32:20

Allah şəfa versin!

alim 2020-07-06 14:20:46

Görün nə gündəyik ki koronavirus xəstələri də tapşırıqla xəstəxanaya yerləşdirilir!!!

Azər 2020-07-06 12:12:56

Biabirçiliq

Məzahir 2020-07-06 11:54:06

Deməli xəst'xanalara yerləşdirilməkdə tapışladır.Niyə bu ölkə bu günə salınıb? Bunu düşünən varmı? Bizi hara aparırlar?Buna deyilridi analoqu olayan inkişaf?ç

t.ədalət 2020-07-06 11:50:01

Professorlar yeni klinikaya yerləşdirilir,bəs,onda "fəhləsorlar" harda müaliucə alsınlar?

Adil Əliyev 2020-07-06 11:41:45

Allah köməyi olsun! Ömrü verən Allahdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol