Menu

Koronavirusun mənşəyi barədə gözlənilməz həqiqət - Alimlər müəyyən ediblər

06.07.2020, 12:50
Koronavirusun mənşəyi barədə gözlənilməz həqiqət - Alimlər müəyyən ediblər

Alimlər bildirirlər ki, koronavirus insan orqanizmində uzun müddət mutasiya edə bilər.

COVİD-19 virusu artıq dünyada milyonlarla insanda aşkarlanıb. Koronavirusun mənşəyi barədə alimlər gözlənilməz həqiqəti aşkar edə biliblər. Bu xəstəlik haradan meydana çıxıb və nə üçün onunla mübarizə bunca mürəkkəbdir?

Bundan əvvəl hesab edilirdi ki, SARS-CoV-2 virusu insana yarasadan keçib və ya o, yarasanın və panqolinin (panqolin - bədəni «pullar»la örtülü kərtənkələdir) hibrid virusudur.

Bu məqamda br haşiyəyə çıxmaq istəyirəm. İndiyə qədər yayılmış məlumatların əksəriyyətində COVİD-19 virusunun Uhan şəhərindəki (ÇİN) heyvan bazarında yarasadan insana keçdiyi bildirilirdi. İndi ilk dəfədir ki, yarasa ilə yanaşı kərtənkələnin də adı çəkilir. Belədə, məntiqi sual yaranır: nə üçün indiyə qədər kərtənkələnin bu məsələdə mümkün «iştirakı» barədə ehtimal kölgədə qalıb (və ya saxlanılıb)? Təsadüfdürmü? Oxşamır.

Amerika Birləşmiş Ştatlarından (ABŞ), Avstraliyadan və Böyük Britaniyadan olan bir qrup alim belə nəticəyə gəlib ki, virus indiki hala gələnə qədər uzun müddət insanlar arasında dövr edib. Mikrobioloqlar SARS-CoV-2 və digər uyğun koronaviruslardan alınmış genom məlumatlarını analiz ediblər və bildirirlər ki, reseptor-əlaqələndirici domenin zülalı insan hüceyrələri ilə birləşən zaman xeyli effektli ola bilir.

Çində COVİD-19 xəstəliyinin sıfır pasiyentini tapıblar - o, necə yoluxub? Bunu yalnız belə izah etmək olar ki, virus artıq çoxdan insanla təmasdadır və insan orqanizmi daxilində uzun «intibah» dövrü keçib. Bundan başqa, belə kəşf COVİD-19 virusunun laboratoriya mənşəli olduğunu istisna edir. İndi isə diqqət edin - yarasanın koronavirusunun genomu SARS-CoV-2 ilə oxşardır, ancaq tam uyğun deyil. Bu, ona dəlalət edir ki, virus bu qədər təhlükəli olmazdan qabaq insan orqanizmi daxilində dəyişməyə başlayıb.

Bununla həm də virus pnevmoniyası bumunu izah etmək olar. Bu proses dünyanın müxtəlif ölkələrində 2019-cu ildən başlanıb.

Beləliklə, alimlər bu fikirə gəliblər ki, COVİD-19 virusu insanlara Uhanın heyvan bazarında yarasadan yox, bazardan kənarda insandan insana keçib! Bəs, ilk insan virusa necə və harada yoluxub? Bu və digər ilginc mətləblər barədə ayrıca məqalə ilə çıxış edəcəyik.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Xalq 2020-07-06 16:17:25

Çox sağ olun Mirzə müəllim. Sizə öz minnətdarlığım bildiririk.Çox aktual yazıdır. Məqalənin ardını səbirsizliklə gözləyirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol